İran: Abbas Lisani həbsxanada "aclıq elan edib"

Fotonun müəllifi AFP
Image caption Cənab Lisani 2011-ci ildə Urmiyə gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra saxlanılıb.

İranın Ərdəbil həbsxanasında ailəsilə görüş istəyən azərbaycanlı fəalın aclıq aksiyası keçirdiyi bildirilir.

Məlumata əsasən bir həftədən artıqdır ki, aksiyaya başlayan Abbas Lisani həbsxananın daha sərt rejimli bölümünə keçirilib.

Fəalın ucqar həbsxanaya göndərməklə hədələndəyi də deyilir.

Cənab Lisani 2011-ci ildə Urmiyə gölünün ekoloji durumu ilə bağlı Ərdəbildə keçirilən etirazlardan sonra saxlanılıb.

Mart ayında fəala hökm elan olunub. Lisaniyə kəsilən həbs cəzasının tamamlanmasına 8 ay qalır.

Vaxtilə hüquq müdafiə üzrə nüfuzlu Amnesty İnternational kampaniya təşkilatı tərəfindən vicdan məhbusu tanınan Abbas Lisani dəfələrlə həbsə alınıb.