Gürcüstanda aşırı səs-küyü qadağan etmək istəyirlər

Fotonun müəllifi Getty
Image caption Qanun layihəsi artıq parlament komitəsində müzakirə olunub.

Gürcüstan qanunvericilərinin yeni təşəbbüsü səs-küy salanlara qarşı cərimələrin tətbiqini nəzərdə tutur. Cərimələr həm fiziki, həm də ki, hüquqi şəxslərə şamil edilə bilər.

Yeni qanun layihəsinə əsasən səs-küy səviyyəsi gündüzlər - 40, gecələr isə (23:00-00:07 arası) 30 desibel həddini aşmamalıdır.

Gündüzlər bu normalara riayət etməyənlər 150 lari ($62) cərimə ödəməli olacaqlar. Huquqi şəxslər üçün cərimə 500 lari ($207) təşkil edir.

Gecə vaxtları, habelə qaydaların təkrar pozulmasına görə cərimənin həcmi artırılaraq bu məbləğin iki mislinə çata bilər.

BBC Rus xidmətinin müxbiri Nina Axmetelinin Tbilisidən göndərdiyi xəbərdə deyilir ki, təşəbbüs birmənalı qarşılanmayıb.

Image caption Qanun lahiyyəsinin müəllifi Fyodor Kobaxidzedir

Onun əleyhdarları hesab edirlər ki, yeni təklif turizm sənayesi də daxil olmaqla, əyləncə ilə bağlı biznes sahəsinə ziyan vura bilər.

Hazırda səs-küyün maksimum həddi səhiyyə nazirliyi tərəfindən müəyyən edilir. Qaydaların pozulması ilə bağlı şikayətlərə yerli hakimiyyət baxır.

Lakin qanun təşəbbüsünün müəllifi, Tbilisi bələdiyyə komissiyasının sədri Fyodor Kobaxidze hesab edir ki, hakimiyyət konkret cərimələr olmadan vəziyyətə təsir etməkdə acizdir.

"Bizim əhali dözülməz şəraitdə yaşayır. Səs-küyün həqiqətən də qabağını alacaq heç bir hüquqi norma yoxdu. Hazırda qanunvericilikdə yalnız "norma naminə norma" mövcuddur və heç bir sanksiya yoxdur, heç kimi cərimələmək mümkün deyil", - Fyodor Kobaxidze BBC Rus Xidmətinə bildirib.

Təşəbbüsə əsasən süs-küy normalarının pozulduğu təqdirdə hadisə yerinə artıq bələdiyə əvəzinə polis əməkdaşları yollanacaqlar.

Qanun layihəsi parlament komitəsində müzakirə olunub. Onun təsdiqləndiyi təqdirdə yeni qaydalar sentyabr ayından qüvvəyə minə bilər.