Rusiyada FlyDubai təyyarəsinin qəzası - şəkillərdə

Fotonun müəllifi Reuters

Rusiyanın Rostov-na-Donu şəhərində Dubaydan qayıdan Boeing-737 təyyarəsinin qəzaya uğraması nəticəsində 62 adam həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional dairə mərkəzinin məlumatına görə, təyyarədə 55 sərnişin və 7 heyət üzvü olub.

Hadisənin yerli vaxtla saat 4:00 radələrində baş verdiyi bildirilir.

Dispetçer xidmətlərinə istinadən qəzaya pis hava şəraiti səbəb ola bilərdi. Hərçənd ki, hadisənin səbəbləri barədə rəsmi məlumat verilməyib.

Qəzanı araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Fotonun müəllifi Reuters
Image caption Qəza nəticəsində təyyarə qırıntıları ətrafa səpələnib.
Fotonun müəllifi Reuters
Fotonun müəllifi AFP
Fotonun müəllifi Reuters
Fotonun müəllifi Getty
Image caption Sərnişinlərin əksəriyyəti xaricdən qayıdan turistlər olub.
Fotonun müəllifi Getty
Image caption Qəzada həlak olnların yaxınları ilə psixoloqların işlədiyi bildirilir.

Rostov vilayətinin qubernatoru şəhərdəki binalar və sakinlərə zərər dəymədiyini bildirib.

Vasili Qolubevin sözlərinə görə, Rostov-na-Donu aeroportu müvəqqəti olaraq bağlanılıb, reyslər başqa aeroportlara yönəldilir.

Fotonun müəllifi AFP
Image caption Qəzaya uğramış FlyDubai layneri 2010-cu ildən istismar olunurdu

Aeroportun ən azı bir sutka ərzində işləməyəcəyi bildirilir.