Türkiyə İstanbul partlayışının İD qrupu tərəfindən törədildiyini bildirib

Fotonun müəllifi AP
Image caption Partlayəş nəticəsində 4 nəfər həlak olkub, 36 nəfər yaralanıb.

İstanbulda dörd nəfərin ölümü ilə nəticələnmiş intiharçı hücumu özünü "İslam Dövləti" adlandıran qruplaşmaya mənsub şəxs tərəfindən törədilib, ölkənin Daxili İşlər naziri bildirib.

Efken Ala deyib ki, intiharçı partlayışını Mehmet Öztürk adlı şəxs törədib.

“Müəyyən edildiyinə görə, şənbə günü İstanbulda hücum törətmiş Mehmet Öztürk 1992-ci ildə Gaziantepdə doğulub", Ankarada keçirdiyi mətbuat konfransında Efken Ala bildirib.

Partlayış İstanbulun mərkəzi ticarət ərazisində şənbə günü törədilib.

Daxili İşlər naziri Efken Ala jurnalistlərə bildirib ki, hadisə ilə əlaqədar indiyədək beş adam dindirilib.

Onun sözlərinə görə, Türkiyənin 7 bölgəsində komendant saatı elan olunub.

İntiharçı hücumu nəticəsində 3 İsrail və 1 İran vətəndaşı həlak olublar.

Həlak olan israillilərdən ikisinin ABŞ vətəndaşlığı da olubmuş.

Şənbə partlayışı zamanı 36 nəfər yaralanıb.

Yaralılar arasında 11 İsrail və 2 İrlandiya vətəndaşı var, eləcə də Almaniya, İslandiya, Dubay və İrandan - hər ölkədən 1 yaralı vətəndaş qeydə alınıb.

İsrail höküməti vətəndaşlarına Türkiyəyə səfərə getməkdən çəkinməyi məsləhət görüb.

Bu barədə daha geniş