Türkiyə: Yeni Baş nazir prezident üsul-idarəsinə keçməyə çağırıb

Fotonun müəllifi EPA
Image caption Binali Yıldırım AKP sədri vəzifəsinə seçilib

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın ən yaxın müttəfiqi sayılan Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında partiya sədri vəzifəsinə seçilib.

Sədr seçilməsindən əvvəl qurultayda etdiyi çıxışında Binali Yıldlrım Türkiyədə prezidentlik üsul-idarəsinə keçməyə çağırış edib.

Binali Yıldlrımın AKP sədri seçiləndən sonra, tez bir zamanda Türkiyənin Baş naziri vəzifəsinə də təyin olunacağı gözlənilir.

AKP-nin yeni lideri qurultayda söylədiyi nitqdə yeni Konstitusiyanın qəbul olunmasının vacibliyini bildirib.

O deyib ki, hazırkı "de fakto" vəziyyəti qanuniləşdirmək vaxtı gəlib çatıb.

Türkiyədə 2014-ci ildə keçirilmiş birbaşa prezident seçkilərində Recep Tayyip Erdoğan qələbə qazanaraq ölkə prezidenti vəzifəsinə seçilib.

Buna qədər Türkiyədə prezident parlament tərəfindən seçilirdi.

Bu barədə daha geniş