ABŞ əsgərlərinin "kürd nişanları" Türkiyəni qəzəbləndirib

ABŞ xüsusi təyinatlının üzərində YPJ kürd silahlı qrupunun emblemini görmək olar.
Şəklin alt yazısı,

ABŞ xüsusi təyinatlının üzərində YPJ kürd silahlı qrupunun emblemini görmək olar.

Türkiyə, İslam Dövləti adlandırılan qruplaşma əleyhinə müştərək əməliyyat vaxtı ABŞ hərbçiləri tərəfindən kürd döyüşçülərinə məxsus rəmzlərin daşınmasına etiraz edib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ-ı “ikiüzlü” adlandıraraq təcrübəni “qeyri-məqbul” kimi səciyyələndirib.

Amerika tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələr (SDF) qrupunun fotoşəkillərini AFP müxbiri çəkib.

İD-ə qarşı vuruşan ərəb-kürd qruplaşmasında üstünlük təşkil edən kürd döyüşçüləri yanında ABŞ əsgərləri də əks olunub.

Bu arada kadra düşən ABŞ əsgərlərinin üzərində YPJ kürd silahlı qrupunun emblemini görmək olar.

Şəklin alt yazısı,

Suriya üsyançılarına əsasən əsgərlər ABŞ xüsusi təyinatlıları olub.

Şəklin alt yazısı,

ABŞ əsgərləri jurnlalistlərə danışmaqdan imtina edib.

Şəklin alt yazısı,

ABŞ Suriyada 300 əsgərə malik olduğunu bildirir. Onların təlim və təchizatla məşğul olduğu bildirilir.

Şəklin alt yazısı,

Görüntülər PKK ilə münaqişədə olan Türkiyəni daha da acıqlandırıb.

Pentaqon nümayəndəsi deyib ki, təhlükəsizlik məsələlərinə görə bəzən əsgərlər partnyor qüvvələrdən seçilməməlidir.