Türkiyədə çevriliş cəhdi: 8000 polis əməkdaşı saxlanılıb

Fotonun müəllifi AFP
Image caption Hadisə qurbanlarının anılması bazar ertəsi də davam edib

Türkiyə rəsmilərinin bildirdiyinə görə, həftə sonu baş vermiş çevrilişə cəhddə əlaqəsi olmaqda şübhəli bilinən təxminən 8000 polis işçisi saxlanılıb.

Çevriliş cəhdində əli olduğu deyilən təxminən 6000 ədliyyə işçisi və ordunun üzvləri həbs edilib. Onların arasında generallar da var.

Prezident Erdoğan hökumət qurumlarını bu "virus"dan təmizləməyə söz verib.

Fotonun müəllifi AP
Image caption Silahlı qüvvələrin bu üzvü bazar günü məhkəməyə aparılarkən qəzəblə qarşılanıb

ABŞ dövlət katibi John Kerry Türkiyədə demokratik idarəçiliyin əhəmiyyətini vurğulayıb.

Brüsseldə Avropanın xarici işlər nazirləri ilə görüşündə cənab Kerry bildirib ki, ABŞ Türkiyənin seçilmiş hakimiyyətinin yanındadır: “Biz sözsüz ki, çevriliş iştirakçılarının ədalət məhkıəməsinə cəlb olunmasına dəstək verəcəyik, lakin biz eyni zamanda bundan daha irəli gedilməsinə qarşı da xəbərdarlıq edirik”.

Türkiyə baş naziri Binali Yıldırım bildirib ki, çevriliş cəhdi nəticəsində 60 polis, üç əsgər və 145 mülki şəxs də daxil olmaqla 208 nəfər “şəhid olub”.

Onun sözlərinə görə 1491 nəfərsə xəsarət alıb.

Çevrilişdə iştirak etdiyi deyilən 24 nəfər qətlə yetirlib, cənab Yıldırım deyib.

Bu, türk rəsmilərinin əvvəl bildirdiyi rəqəmdən daha azdır.

Aİ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Türkiyədə qanunun aliliyi qorunmalıdır.

Türkiyə hökuməti çevriliş cəhdinin arxasında din xadimi Fethullah Gülenin dayandığını iddia edir.

Cənab Gülen ABŞ-da yaşayır və ittihamları qəti şəkildə rədd edir.

Fotonun müəllifi REUTERS
Image caption Fetullah Gülen çevriliş cəhdində iştirakına dair ittihamları rədd edib

Bazar ertəsi dövlət mətbuatı xəbər verib ki, ölkə boyu həyata keçirilmiş reydlər zamanı 100-dən çox general və admiral həbs edilib.

Yunanıstana helikopterlə daxil olmuş 8 türkiyəli hərbçi Yunanıstanın sərhəd şəhəri Aleksandropolidə ölkəyə qanunsuz daxil olmaqda ittiham ediliblər.

Prezident Erdoğan bazar günü izdiham önündə çıxışı zamanı bildirib ki, Türkiyə ölüm hökmünü bərpa etməyi nəzərdən keçirəcək.

Türkiyədə ölüm hökmü 2004-cü ildə, ölkənin Avropa İttifaqına qoşulması uğrunda addımlardan biri kimi ləğv edilmişdi.

Ölkədə 1984-cü ildən bəri heç kim edam edilməyib.

Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federica Mogherini, Aİ xarici işlər nazirlərinin və ABŞ dövlət katibi John Kerry-nin iştirakı ilə keçiriləcək görüşdən öncə çıxış edib.

Görüşün gündəliyində Türkiyənin də müzakirə ediləcəyi gözlənilir.

O bildirib ki, Türkiyəni hüquqi dövlətçilikdən uzaqlaşdıracaq heç bir addıma haqq qazandırılmamalıdır və xarici işlər nazirləri bununla bağlı “güclü mesajlar” göndərəcəklər.

Bu barədə daha geniş