Türkiyədə çevriliş cəhdi: jurnalistlərə qarşı “həbs qərarı çıxarılıb”

Fotonun müəllifi AFP
Image caption Türkiyə ölkədə mətbuat azadlığını məhdudlaşdırmaqda tənqid olunur

Türkiyə rəsmiləri iyulun 15-də baş vermiş çevrilş cəhdi ilə əlaqəli 42 jurnalistin həbsi barədə qərar çıxarıb, yerli media xəbər verir.

Siyahıda tanınmış şərhçi Nazlı İlicakın da olduğu deyilir. Ankara hələ ki, iddiaları şərh etməyib.

Türkiyə rəsmiləri indiyə qədər minlərlə əsgər, hakim və dövlət qulluqçusunu ya həbs edib, ya da barəsində istintaq aparır.

Prezident Recep Tayyip Erdoğan dövlət qurumlarını çevriliş cəhdinə səbib olmuş “viruslardan” təmizləyəcəyini bildirib.

Siyahıdakı jurnalistlərdən hər hansı birinin artıq həbs olunmasına dair heç bir məlumat yoxdur.

Çevrilişə cəhddən sonra bəzi kütləvi informasiya vasitələrinin bağlanması haqqında qərar verilmişdi, lakin ilk dəfədir ki, fərdi jurnalistlər də siyahıya düşür, BBC müxbiri Nick Thorpe İstanbuldan xəbər verir.

Siyahıdakı 42 nəfərdən ən tanınmışı 72 yaşlı Nazlıdır.

O, üç il bundan əvvəl nazirləri korrupsiya iddialarına görə tənqid etdiyi üçün hökumətpərəst Sabah qəzetindən qovulmuşdu.

Türkiyə hökuməti çevriliş cəhdinin arxasında din xadimi Fethullah Gülenin dayandığını iddia edir.

ABŞ-da məskunlaşmış cənab Gülen bütün ittihamları rədd edir.

Bazar günü on minlərlə insan İstanbulda keçirilmiş demokratiyaya dəstək mitinqində iştirak edərək çevriliş cəhdini pisləyiblər.

Nümayiş müxalif CHP tərəfindən təşkil edilsə də, hakim AKP tərəfindən də dəstəklənib.

Keçən həftə Türkiyə üç aylıq fövqəladə vəziyyət elan edib.

İnsan haqları qrupu olan Amnesty International bildirib ki, həbs edilmiş şəxslərin işgəncələrə məruz qalmasına dair sübutlar əldə edib.

Ölkə hakimiyyəti ölüm hökmünün yenidən geri qaytarılmasına dair müzakirələrin keçiriləcəyini bildirib.

Aİ Komissiyasının prezidenti Jean-Claude Juncker bildirib ki, Ankara ölüm hökmünü tətbiq etmək barədə qərar verərsə, Türkiyənin Aİ-yə üzvlüyü təxirə salına bilər.

Bu barədə daha geniş