Türkiyə-PKK münaqişəsi: onlarla adam ölüb

Fotonun müəllifi AP
Image caption Türkiyə ordusu 1984-cü ildə PKK-ya qarşı mübarizə aparır

Türkiyə ordusu ölkənin cənub-şərqindəki hərbi bazanı ələ keçirməyə çalışan 35 kürd silahlısını öldürüb, rəsmilər bildirir.

İraqla sərhəd Hakkari əyalətində gecə baş tutmuş hücum, bölgədə səkkiz əsgərin ölümü ilə nəticələnmiş digər qarşıdurmadan bir neçə saat sonra baş verib.

Türkiyə ilə Kürdüstan Fəhlə Partiyası (PKK) arasında atəşkəs keçən ilin iyul ayında pozulub.

Ordu, iki həftə bundan əvvəl baş vermiş çevrilişə cəhdin ardından yenidən qurulmaqdadır.

PKK döyüşçülərinin bazaya hücumu hava kəşfiyyatı ilə müəyyənləşdirilib, ordudan bildirilir.

Hava hücumu ilə 23 silahlı öldürülüb. Daha sonra yerüstü əməliyyatla 12 nəfər də həlak olub, bəyanatda deyilir.

PKK 1984-cü ildən qiyama başlayıb. Qrup Türkiyə rəsmilərinin kürdlərə qarşı genişmiqyaslı zorakılıq və diskriminisiya həyata keçirdiyini iddia edir.

Bir il bundan əvvəl atəşkəs razılaşması pozulduqdan sonra Türkiyənin cənub-şərqindəki hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan həlak olub.

Bu barədə daha geniş