Gülen Türkiyədə məhkəmənin müstəqil olmadığını bildirib

Fotonun müəllifi Reuters
Image caption Fethullah Gülen Türkiyədə böyük nüfuza malik şəxs kimi tanınır

ABŞ-da yaşayan din xadimi Fethullah Gülen Türkiyənin onun həbsinə qərar verməsindən sonra ölkədəki məhkəmə sistemini tənqid edib.

“Yaxşı məlumdur ki, Türkiyədə məhkəmə sisteminin hüquqi mütəqilliyi yoxdur, ona görə də bu qərar prezidentin [Recep Tayyip Erdoğan] avtoritarizmə doğru və demokratiyadan uzaqlaşan daha bir addımıdır,” cənab Gülen bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbul məhkəməsi onu 15 iyul çevrilişə cəhdin arxasında dayanmaqda ittiham edir.

Oxuyun: Məhkəmə Fethullah Gülenin həbsinə qərar verib

“Türkiyə məhkəməsinin mənim həbsimlə bağlı qərarı mənim vəziyyətimdə və baxışlarımda heç nəyi dəyişmir... Mən dəfələrlə Türkiyədəki çevriliş cəhdini pisləmişəm və orda iştirakımla bağlı ittihamları rədd etmişəm,” cənab Gülen deyib.

Cümə axşamı Türkiyə prezidenti, Gülen hərəkatı ilə bağlı olan bütün bizneslərə qarşı mübarizə aparacağını bildirib.

Türkiyədə çevrilişə cəhd zamanı 270-dən çox insan həlak olub.

Çevrilişə cəhdlə bağlı təxminən 18000 insanın saxlandığı və ya həbs edildiyi bildirilir.

Bu barədə daha geniş