Fethullah Gülenin sərvətinə həbs qərarı verilib

Fotonun müəllifi Getty
Image caption Türkiyəli din xadimi Fethullah Gülen ABŞ-da mühacirətdə yaşayır

Adana Prokurorluğunun açıqlamasına görə, Adana İkinci Ağır Cinayətlər Məhkləməsi Fethullah Gülen və digər üç müttəhimin var-dövlətinə həbs qərarı verilib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, prokurorluq məhkəmənin bir nömrəli müttəhim Fethullah Gülen və digər müttəhimlər Ömer Ekinci, Kemal Elibal və Cemal Soncu haqqında həbs qərarının çıxarıldığını xatırladıb.

“Məhkəmənin bu qərarıyla birlikdə, qaçaq müttəhimlərə aid Türkiyədəki daşınmaz əmlak, nəqliyyat vasitələri, bütün növ ödənişlər, qiymətli mallar, şərik olduğu şirkət payları və bank hesabları dondurulub”, açıqlamada deyilir.

Türkiyə, 15 iyulda baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-ın Pennsylvania ştatında yaşayan din xadimi Fethullah Gülenin dayandığını bildirir.

Cənab Gülen ittihamları rədd edir.

Həmçinin oxuyun: Fethullah Gülen - güclü, amma tərki-dünya ruhani

Əlaqəli mövzular

Bu barədə daha geniş