Suriyanı bombalamaq üçün Rusiya İrandan istifadə edib

Fotonun müəllifi AP
Image caption Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda Suriyaya havadan zərbələrin endirildiyi nümayiş olunur

Rusiya Müdafiə Nazirliyi Suriyada hava hücumlarını həyata keçirmək üçün qərbi İrandakı hərbi bazadan istifadə etdiyini bildirib.

Tupolev-22M3 uzun mənzilli bombardmançıları və Suxoy-34 qırıcıları Həmədandan havaya qalxıb, bəyanatda deyilir.

Hava zərbələri Hələb, İdlib və Deyr əl-Zur əyalətlərindəki cihadçı qruplaşmalara endirilib, məlumatda əlavə olunur.

Rusiyanın ilk dəfədir ki, başqa ölkənin ərazisindən istifadə etməklə Suriyadakı hədəflərə zərbələr endirdiyi bildirilir.

İran, Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqlərindəndir və 2011-ci ildən ona qarşı başlayan üsyandan sonra ona həm maliyyə, həm də hərbi dəstək göstərib.

Son aylarda yüksək rütbəli Rusiya və İran rəsmiləri iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər, BBC-in Moskvadakı müxbiri Steve Rosenberg bildirib.

Keçən həftə Rusiya, raketlərinin onların hava məkanından keçərək Suriyadakı hədəflərə zərbələr endirilməsi üçün İran və İraqdan icazə istəmişdi.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə çərşənbə günü həyata keçirilmiş hava zərbələri nəticəsində “çox sayda” silahlı öldürülüb və silah dolu beş böyük anbar dağıdılıb.

Həmçinin oxuyun: Suriya münaqişəsində Rusiya “qalib” ola biləcəkmi?

Əlaqəli mövzular

Bu barədə daha geniş