İsrail 2010-cü ildə ölən türklərə görə təzminat ödəyəcək

Fotonun müəllifi AFP
Image caption 2010-cu ilin may ayında Mavi Marmara gəmisi Qəzza sahilində İsrail dəniz blokadasını yarmağa cəhd göstərib.

İsraillə əlaqələrin yaxşılaşdırılmasını nəzərdə tutan razılaşmanın layihəsi Türkiyə parlamentinə təqdim olunub.

Onun nəzərdən keçirilməsi 15 iyul çevriliş cəhdindən sonra dayandırılmışdı.

Razılaşmanın təsdiqindən sonra Türkiyə ilə İsrail diplomatik əlaqələri bərpa edib yeni səfirləri təyin etməlidirlər.

Sənəd 25 gün ərzində Türkiyəyə 20 milyon avro həcmində təzminatın ödənilməsini nəzərdə tutur.

Razılaşma iyun ayında imzalanıb.

Həmçinin oxu: Türkiyə Yaxın Şərqdə diplomatiya şahmatı oynayır

2010-cu ildə Qəzzaya humanitar yardım aparmağa cəhd edən Türkiyə fəallarının gəmi karvanına İsrail hərbçilərinin müdaxiləsi müttəfiq ölkələrin münasibətlərində böhran yaratdı.

İsrail 10 türkün həlak olmasına səbəb olmuş insidentə görə üzxahlığını bildirib.

Bu barədə daha geniş