Türkiyədə partlayışlar: ən azı 6 nəfər ölüb

Fotonun müəllifi Reuters
Image caption Elazig şəhərindəki polis bölməsinə hücum nəticəsində azı üç polis işçisi ölüb, 146 nəfər yaralanıb

Türkiyənin Van və Elazig şəhərlərində avtomobildə baş vermiş partlayışlar nəticəsində azı altı nəfər ölüb və 219 nəfər yaralanıb.

İlk hücum Van şəhərindəki polis bölməsini hədəf alıb. Hücum nəticəsində bir polis işçisi və iki dinc sakin ölüb. 73 nəfərinsə yaralandığı bildirilir.

Bundan bir neçə saat sonra Elazig şəhərindəki polis bölməsinə hücum olub. Nəticədə azı üç polis işçisi ölüb, 146 nəfər yaralanıb.

Türkiyə rəsmiləri hücumlara görə kürd silahlı qruplaşması olan PKK-nı günahlandırırlar.

Keçən il Türkiyə hökuməti ilə PKK arasında atəşkəs pozulduqdan sonra qruplaşma ölkənin cənub-şərqində bir neçə partlayışları həyata keçirib.