Erməni ailənin qətlində təqsirləndirilən rus əsgərə ömürlük həbs

Fotonun müəllifi Getty
Image caption Permyakov günahını etiraf edib.

Ermənistanın Gümri şəhərində Avetisyan ailəsini qətlə yetirməkədə təqsirləndirilən rusiyalı hərbçi Valeri Permyakova ömürlük həbs cəzası verilib.

Ötən ilin dekabr ayında başlayan dinləmələr müttəhimin xidmət etdiyi Rusiyanın 102-ci bazasının ərazisində keçirilib.

İstintaqın versiyasına görə 2015-ci ilin yanvar ayında hərbi hissəni icazəsiz tərk edən Permyakov Avetisyanların evinə gələrək 6 ailə üzvünü qətlə yetirib və 6 aylıq körpəni ölümcül yaralayıb.

Rusiya hərbçisi Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd edərkən yaxalanıb.

Məhkəmədə Permyakov hərbi hissəni Türkiyəyə qaçmaq məqsədilə tərk etdiyini bildirib. Onun sözlərinə görə o, avtomat və süngünü sərhəddə itlərdən qorunmaq üçün götürmüşdü.

Fotonun müəllifi AFP
Image caption Avetisyan ailəsinin qətli Ermənistan boyu etirazlara səbəb olmuşdu.

Ötən ilin avqust ayında Rusiyanın qarnizon məhkəməsi fərarilik və silah oğurlanması ilə bağlı Permyakova 10 illik həbs cəzası kəsmişdi.

Kütləvi qətl ittihamı ilə keçirilən sonuncu məhkəmə isə Rusiya əsgərini ömürlük azadlıqdan məhrum edib.

Bu proses Rusiya qanunlarına əsaslansa da Ermənistan məhkəməsi tərəfindən icra olunub. Permyakov günahını etiraf edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş