Moskvada təxminən 6 saat davam edən danışıqlar İdlibdə Türkiyə və Suriya qüvvələrini üz-üzə qoyan gərginliyin azaldılması baxımından əhəmiyyətli nəticələr ortaya çıxarıb. Tərəflərin elan etdiyi protokola daxil edilən və edilməyən məqamlar bu bölgədə yaradılan yeni status altında onların mövqelərini də müəyyənləşdirəcək.
Dəməşq və Moskva İdlibdəki "de-eskalasiya zonasına" hücumu orda terrorist qruplaşmaların olmasıyla izah edirlər. Türkiyənin onlarla əlbir olduğu deyilir. Bəzi ekspertlərin fikrincə, bu əraziyə həqiqətən də radikal islamçılar nəzarət edirlər, ancaq onların taleyi Türkiyəni və bu ölkənin prezidenti Recep Tayyip Erdoğanı narahat edən heç də ən əsas məsələ deyil.
Suriyanın İdlib əyalətində baş verən qarşıdurmaya ilk dəfə münasibət bildirən Türkiyə prezidenti Avropaya üz tutmaq istəyən miqrantlara mane olmayacağını deyib.
Rusiya və Türkiyə diplomatları arasında danışıqlara baxmayaraq, Suriyanın şimalında gərginliyin artması müşahidə olunur. Hazırkı vəziyyət nəzarət altından çıxaraq genişmiqyaslı qarşıdurmaya çevrilə bilərmi? BBC bu suala cavab tapmağa çalışıb.
Türkiyə Suriyanın şimal-qərbindəki İdlib şəhərində hökumət qüvvələrinin açdığı atəş nəticəsində 4 hərbçisinin həlak olduğunu, 9-un yaralandığını, cavab atəşiylə 35 Suriya əsgərinin öldürüldüyünü açıqlayıb.
Orada işləyən psixoloqların dediyinə görə, Yunanistanın Lesbos şəhərindəki qaçqın düşərgəsində qalan uşaqlar arasında özünə xəsarət yetirmə və intihara cəhd halları getdikcə artır.