Tailandda qadınların etirazı: çuxurlarda çimmək

  • BBC Trending
  • Müzakirə olunan mövzular
Tailandda çuxurlarda çimən qadınlar

Şəklin mənbəyi, HA GAREANG / FACEBOOK

Məhəllənizdə yollar təmir olunmayanda diqqəti problemə yönəltmək üçün nə etmək olar?

Hakimiyyətə məktub yazmaq? Sosial mediada gileylənmək? Yaxud da çuxurun içində oturub çimərək etiraz etmək?

Banqkokda yaşayan Palm adlı model məhz axırıncını etmək qərarına gəlib. O, Tailandın Tak vilayətində qohumlarına gedən yolların vəziyyətindən o qədər bezmişdi ki, başına duş papağı taxaraq problem yaradan çuxurların birində "etiraz vannası" qəbul edib.

Şəklin mənbəyi, HA GAREANG / FACEBOOK

Hadisəni göstərən fotolar həm Tailand, həm də Çin sosial şəbəkələrində geniş yayılıb. Bəziləri hətta öz yollarındakı problemlərə diqqət çəkmək üçün bu hərəkəti təkrar edib.

Aşağıda gördüyünüz, sarı paltardakı qadın Palmın etirazını öz vilayətində, ölkənin şimal-şərqində təkrarlayıb.

Şəklin mənbəyi, SINOVISION

Buna yaxın olan Khon Kaen vilayətindəki nənələr də kütləvi şəkildə çimib.

Şəklin mənbəyi, Weibo

Şəklin mənbəyi, Weibo

Onlar etiraz ediblər ki, hökumət 30 ildir yolları təmir etmir. İndi isə söz verilib ki, yağış mövsümü bitən kimi yol təmir olunacaq.

Görünür ki, Palmın etirazının da nəticəsi olub. Məlumatlarda deyildiyinə görə, Tak vilayətinin başçısı aidiyyatlı orqanlara dərhal yolları düzəltməyi tapşırıb. Facebook-da təmirin getməsini göstərən fotolar da paylaşılıb.

Şəklin mənbəyi, FACEBOOK

Məlumatlara görə, sarı paltardakı qadına da vəd edilib ki, onun probleminə də baxılacaq.

Amma bəziləri rəsmilərin məsələyə baxmasını gözləmək fikrində deyillər.

Peter Goman təqaüdə çıxmış almaniyalı mühəndisdir. Onun tailandlı yoldaşı, Peterin yolları təmir etməyə kömək etdiyini göstərmək üçün fotolar paylaşıb.

"Motosikletçilər bəzən çuxurlara düşüb [qəzaya uğrayırdı], sakinlər də evdən qaçıb onlara kömək edərdilər", Kusumadan sitat gətirilir. Cütlük həm könüllülərə yolları təmir etməyə kömək edib, həm də bunun üçün lazım olan ləvazimatları təmin etmək üçün maddi yardım edib.

Şəklin mənbəyi, Kusuma Namwong

Şəklin alt yazısı,

Peter iş başında

Çoxuna məhz 76 yaşlı əcnəbi olan Peterin məsələyə qarışması təsir edib. "Cənab Peter"-i iş başında göstərən Facebook postu 42 000-dən çox istifadəçi paylaşıb, YouTube videosunu da 65 000-ə yaxın adam izləyib.