iPhone 7? Qovuldun!

Çinlilər iPhone 7-ə baxır Fotonun müəllifi JOHANNES EISELE
Image caption iPhone7 çinlilərin karyerada irəliləməsinə mane ola bilər

Apple şirkətinin son istehsalı olan smartfonlarını aldığınız üçün Android-sevən dostlarınız sizi qınayıb? Bəs müdiriniz bu səbəbdən sizin vəzifədə yüksəlmə imkanlarınızı azaltsa və hətta qovarsa nə baş verər?

Çinin Henan vilayətində Nanyang Yongkang tibb firması işçilərinə İphone 7 və ya İphone 7 Plus almağı qadağan edən məktub göndərib.

"Bu qaydanı pozsanız ofisə istefa ərizənizlə gəlin", sənəddə deyilir.

Fotonun müəllifi Weibo
Image caption Bəziləri qadağan məktubunun işçilərin hüquqlarını pozduğunu deyir

Yeni qayda Çində 1931-ci ildə Yaponiyanın ölkənin şimal-şərqini işğalının 85 illiyi ərəfəsinə təsadüf edib.

"18 sentyabr tarixi gündür. Milli təhqir gününü unutmayaq və xarici malları boykot edək," sənəddə deyilir

Qayda Weibo sosial şəbəkəsində çox müzakirə edilib.

Bəzi istifadəçilər bildiriblər ki, Apple-ın Foxconn fabrikləri Çində yerləşdiyindən bu qayda Çinin iqtisadiyyatılna təsir edə bilər.

Bibibidou adlı istifadəçi deyir: "Bu Foxconn şirkətinin dağılmasına və minlərlə insanın işsiz qalmasına səbəb ola bilər".

Ajax_niweisi isə işçilərin hüquqlarını pozulduğunu sorğulayıb: "Vətənpərvərlik adı altında bunu necə edə bilərsiniz?"

Qingtong_huo isə qaydanı dəstəkləyib: "Əgər hər bir məmurdan bu qaydanı etməyini tələb etsək və desək ki, Çin istehsalı telefon istifadə etməyən işdən qovulacaq, o zaman yerli istehsal telefonların satışı kəskin artar."

Hospitalın meneceri BBC Trending-ə bildirib ki, telefonun qiyməti işçinin maaşından 3 dəfə çox olduğu üçün belə qayda qoyublar.

"Xarici brendlərə qarşı deyiləm, amma işçilərimin gücləri çatmadığı bahalı iPhone-ları almasını xoşlamıram. Bəziləri banklardan, ailələrində və dostlarından borc götürür, başqaları iPhone almaq üçün daxili orqanlarını satır. İstəmirəm işçilərim belə şeylər etsin."

Əlaqəli mövzular