“Qara Cümə” yoxsa #bugünheçnəalmayın

Şəklin mənbəyi, Tom Pennington/ Getty
"Qara Cümə", yəni Black Friday ABŞ-da 1930-cu illərdən bəri Milad bayramı öncəsi alış-veriş mövzümünün başlanğıcı sayılır.
Bir sıra şirkətlər bu günü böyük endirimlər edir və alış-veriş həvəskarları səhər tezdən dükanlara və ticarət mərkəzlərinə axışırlar.
Black Friday bayram deyil və hər il noyabr ayının sonuncu cümə günü qeyd edilir.
Hazırda bu günü təkcə ABŞ-da deyil, dünyanın digər inkişaf etmiş ölkələrində, son vaxtlar isə Azərbaycanda da dükanlar müştərilərinə endirimlər təklif edirlər.
Dünya boyunca bir sıra sosial media istifadəçiləri isə bu gün heç nə almayın mənasını verən #buynothingday həştəqi ilə bu günə qarşı çıxır və insanları kütləvi alış-verişdən yayınmağa çağırırlar:
"#blackfriday-ə qoşulmayın... Bu, ehtiyacınız olmayan şeyləri almağınız üçün keçirilən kommersialaşmış hipermarketinqdir", @HalehMoravej Twitter-də yazır.
@simonpjbest tvit edir: "Bu gün aldığım yeganə şey avtobus biletidir. #buynothingday-də işlərim qaydasındadır".
"#buynothingday-iniz mübarək olsun! Ticarət mərkəzlərindən yayının və bu gün pul deyil, vaxt xərcləyin!" - @millionweaver təklif edir.
@dynamoe isə yazır ki, "Pulun olmayanda #buynothingday də asandır".
Şəklin mənbəyi, Twitter
Bir sıra sosial media istifadəçiləri #buynothingda həştəqi ilə Black Friday-də təklif olunan endirimlərdən yayınmağa və pul xərcləməməyə çağırılar
Bəzi istifadəçilər isə Black Friday-in əhəmiyyətli olduğunu bildirilər.
"Bəzi insanlar #buynothingday-in üstünlüklərindən istifadə edə bilmirlər, çünki onlar ailələrini yedizdirmək və geyindirmək üçün endirim və güzəştlərə bel bağlayırlar", @samanthafraser yazır.
Siz də bu gün endirim və güzəştlərdən istifadə edərək alış-verişə qoşulmusunuzmu, yoxsa bu günün sizi ehtiyacınız olmayan şeyləri almağa məcbur etdiyini düşünürsünüz?
Fikirlərinzi və təcrübənizi bölüşə bilərsiniz: azeri@bbc.co.uk ünvanına yazın.