Qorillaya bənzər popkorn 99 min dollara satılıb

  • By BBC Monitoring
  • The world through its media
Screen grab of Ebay page for "gorilla hot cheetos" auction

Şəklin mənbəyi, Ebay

Məşhur Harambe adlı qorillaya bənzər popkornun - Cheeto məhsulunun bircə dənəsi indi dünyanın ən lüks qəlyanaltısıdır.

99 min dollarlıq meymunabənzər yemək

Pendirli popkorna nə qədər pul xərcləyərdiniz? Görünür kimsə bir dənəsinə 99,000 dollar ödəyib. Bəli, bir dənəsinə.

Valuestampsinc adlı istifadəçi Ebay onlayn satış bazarında Harambe-yə bənzər "təkrarolunmaz" qəlyanaltını satışa qoyub.

Harambe nədir? O qorilladır və keçən il Cincinnati zooparkında, azyaşlı oğlanın onun yanına düşməsindən sonra öldürülüb.

Auksion barədə məlumat dünən Twitter-də paylaşıldığı zaman qiyməti cəmi $11.99 idi. Lakin bir neçə saat içində kiçik popkorn xeyli populyarlaşıb və təkliflərin sayı da artıb. Nəticədə yemək 99,900 dollara satılıb.

Şəklin mənbəyi, Twitter/@FatKidDeals

BBC-ə müsahibəsində adını açıqlamaq istəməyən satıcı deyib: "Yemək satılıb. Nə yaxşı".

Məlumat üçün deyək ki, bir qutu Cheetos-u Britaniyada təxminən 2 manata almaq mümkündür.