Qadınlar orada olmasalar da, İran etirazlarının simvoluna çevriliblər

woman waving white headscarf Fotonun müəllifi Unknown
Image caption Bu gənc qadının şəkili etirazlardan bir gün öncə sosial mediada paylaşılıb

Keçdiyimiz həftə İranda etirazlar dalğası baş verib. Minlərlə iranlı küçələrə axışaraq hökumətdəki korrupsiyaya, işsizliyə və zəif iqtisadiyyata qarşı etiraz ediblər.

Sosial mediadakı məhdudiyyətlərə baxmayaraq, bəzi video və şəkillər internetdə yayılıb. Onların arasında etirazçıların binaları dağıtdığı və hökumət qüvvələrinin onlara müqavimət göstərdiyi videolar da var.

Hakimiyyət etirazlara çağırışın və foto və şəkillərin paylaşılmasının qarşısını almaq üçün İnstagram və Telegram sosial media saytlarına girişi bloklayıb.

Ən çox yayılmış şəkillərdən birində qadın İslam idarəçiliyinə açıq etiraz olaraq başındakı ağ örtüyü çıxararaq onu çubuqla yelləyir.


Həmçinin oxuyun:


Fotonun müəllifi EPA
Image caption Bu, 2009-cu ildən bəri ən böyük etirazlardır

Bu foto həqiqi olsa da, son etirazlar zamanı çəkilməyib.

Etirazlar 28 dekabrda İranın ikinci böyük şəhəri olan Məşhəddə başlayıb.

Növbəti günlərdə bir neçə şəhərdə baş qaldırmış etiraz nümayişlərində etirazçılar İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin hakimiyyətinə son qoyulmasını tələb ediblər.

Ağ örtüyünü yelləyən qadını fotosu etirazlardan bir gün əvvəl ABŞ-da yaşayan iranlı jurnalist Masih Alinejad tərəfindən post edilib.

Xanım Alinejad həmçinin insan haqları fəalı və iki sosial media kampaniyasının, Mənim gizlin azadlığım və Ağ çərşənbələr kampaniyalarının müəllifidir.

Mənim gizlin azadlığım kampaniyası qadınları baş örtüsüz foto və videolar paylaşmağa səsləyir.

2017-ci ildə başladılmış Ağ çərşənbələr isə İranın geyim qaydalarına etiraz olaraq hər çərşənbə ağ geyinməyə çağırır.

Xanım Alinejad qadının fotosunun özünün İnstagram səhifəsində paylaşaraq bunun Ağ çərşənbələr kampaniyası çərçivəsində baş verdiyini bildirib.

Fotonun müəllifi Reuters
Image caption Qadınlar noyabr ayında İranın Ali rəhbərinin çıxını izləyirlər

Həmin gün o, Tehranın gur İnqilab küçəsində çəkilib və rəsmilər bildirib ki, ictimai yerlərdə baş örtüksüz yaxalanmış qadınlar artıq həbs edilməyəcəklər.

Başını düzgün bağlamayan qadınlar artıq İslam təhsil dərslərinə qatılmalı olacaqlar.

Qutunun üzərində dayanaraq baş örtüyünü yelləyən qadının fotosu geniş paylaşıldığından bu qadın İran etiraz hərkətinin simvoluna çevrilib.

Bir çoxları onu hətta "İranın Rosa Parksı" adlandırıblar.

Farsca paylaşımlar edən məşhur Twitter hesabında deyilir: "Məcburi hicaba qarşı dayanan qız, İran qadınlarının müqavimət hərəkatının simvoluna çevrilib. Rosa Parks zülm qarşısında baş əyməyib."

Yüzlərlə sosial media istifadəçisi də özlərinin profil şəkillərini dəyişərək baş örtüyünü yelləyən qadının şəklini qoyublar.

Gənc qadının kimliyi və aqibəti məlum olmasa da, o, hökumət əleyhinə etirazlarda bir çoxlarının ümidinə və azadlıq simvoluna çevrilib.

O, siyasi etirazların simvoluna çevrilmiş ilk iranlı qadın deyil.

2009-cu ildə baş vermiş kütləvi etirazlarda Neda Ağa Soltanın ölüm görüntüləri bütün dünyada diqqəti özünə cəlb etmişdi.

Bu barədə daha geniş