Foto: Budapeştdə səfeh yerişlər günü

Fotonun müəllifi Reuters

Aprelin 1-də Macarıstanda yüzlərlə sakin Budapeştin mərkəzində təşkil edilən "səfeh yerişlər marşı" adlı məzəli tədbirdə iştirak edib.

"Səfeh yerişlər marşı" adlı tədbirin təşkilatçılarını ilhamdıran Monty Python adlı məşhur Britaniya satirik qrupunun 1970-ci ildəki "Səfeh Yerişlər Nazirliyi" adlı tamaşası olub. Bu mövzuda indiyədək tamaşalar qoyulur.

Fotonun müəllifi Reuters
Image caption Yürüşdən əvvəl marş tədbir iştirakçıları məşq ediblər

Yürüşdə iştirak edənlərin əksəriyyəti necə yeriyəcəklərini əvvəlcədən düşünməyib, tədbirin gedişində improvizasiya ediblər.

"Necə alınar, alınar. Düşünürəm ki, nəticə mənim üçün də gözlənilməz olacaq. Variantlar həddindən artıq çoxdur", - Borka adlı 20 yaşlı tələbə qız deyib.

Fotonun müəllifi Reuters
Image caption İştirakçıların çoxu yürüşün gedişində improvizasiya edib.

Britaniyanın Monty Python adlı komik qrupu 1969-1974-cü illərdə BBC televiziyası ilə nümayiş etdirilən "Monty Python-un uçan sirki" verilişlərindən sonra məşhurlaşıb. Monty Python eləcə də bir neçə film çəkib.

Səfeh Yerişlər Nazirliyi - "Monty Python-un uçan sirki" serialının 1970-ci illərə aid olan 14-cü hissəsindən götürülmüş tamaşadır.

Tamaşanın qısa variantı 1982-ci ildə "Monty Python Hollywood-da" adlı filminə də daxil edilib.

Fotonun müəllifi Reuters
Image caption Yürüş iştirakçıları kostyumlarını əvvəlcədən hazırlayıblar.

Tamaşanın əsas qəhrəmanı cənab Putey səfeh yeriş yeriməklə qrant alacağına ümid edib. Lakin uydurma nazirliyin naziri ona başa salır ki, yerişi lazım olan dərəcədə səfeh deyil, eləcə də qrant fondu da aşıb daşmır.

Fotonun müəllifi EPA
Image caption Səfeh yerişlər marşının əsas məqsədi bürokratiyanı lağa qoymaqdır.

Səfeh yerişlər marşı vaxtaşırı Avropanın bəzi şəhərlərində keçirilir, çox vaxt bu tədbir 1 aprelə təsadüf edir. Lakin bəzən bu marş başqa səbəblərlə də əlaqəli təşkil olunur.

Misal üçün Çex Respublikasının Brno şəhərində Səfeh yerişlər marşı bu ilin yanvarında keçirilmişdi.

Image caption Monty Python komediyasının baş qəhramanı cənab Putey səfeh yerişinin inkişafı üçün qrant alacağına ümid edib, lakin onun yerişi kifayət dərəcədə səfeh olmayıb.

Brno şəhərində keçirilmiş marşın təşkilatçısı Adam Yandora özünü jurnalistlərə Səfeh Yerişlər Nazirliyinin Sol ayaq departamenti başçısının müavini kimi təqdim etmişdi.

"Səfeh Yerişlər Nazirliyinin maliyyə vəziyyəti ağırdır. Dövlət büdcəsindən bizə pul ayrılmır - nəticədə, əməkdaşlarımız işdən gedirlər".

Səfeh Yerişlər Nazirliyi adlı orijinal Britaniya tamaşasının müəllifləri də vergi ödəyicilərinin pullarını boş-boş layihələrə xərcləyən dövlətin bürokratik maşınını lağa qoyurdular.

Fotonun müəllifi Getty Images
Image caption "Səfeh Yerişlər Nazirliyi" az qala yarım əsr müddət ərzində öz aktuallığını itirməyib - bu tamaşa əsasında indiyədək musiqili şoular səhnələşdirilir.

Bu barədə daha geniş