Tikinti-təmir işini öyrədən videoları ilə YouTube sensasiyasına çevrilmiş gənc qadın

Paloma Fotonun müəllifi Arquivo Pessoal
Image caption Paloma-nın YouTube kanalının 625000 abunəçisi var.

Dörd il əvvəl Paloma Santos sosial mediada insanlara moda və səyahət mövzularında məsləhətlər verməklə məşhurlaşacağını düşünürdü.

Lakin o heç vaxt Braziliyanın 237 min əhalisi olan Sete Lagoas şəhərindən kənara çıxmayıb və bu şəhərdə indiyədək yaşamaqda davam edir.

Və o hətta makiyajın üzə çəkilməsininin qaydasını da bilmir.

Amma indi onun YouTube kanalının (Paloma Cipriano) 625 000 abunəçisi var. 25 yaşlı Paloma çimərliklər və dodaq boyası əvəzinə ev tikmək barədə danışır.

O, bu mövzuda sosial şəbəkə platforması yaradan Braziliyada yeganə qadındır.

Bu mövzunu seçməyə ona anası Ivone məsləhət görüb.

Fotonun müəllifi YouTube/Paloma Cipriano
Image caption Paloma bu videoda divara suvaq çəkilməsi qaydasını izah edir.

İnşaatçı ana və qız

"O mənə döşəməyə kafel layını necə yerləşdirdiyimi göstərən videonu yükləməyi təklif etdi. İlk əvvəl bu ideyanı cəlbedici saymadım, lakin videonu dərc etdim", - Paloma BBC News Braziliyaya deyir.

Onun ən populyar videosu isə divara suvaqçəkmə texnikasını göstərir - həmin videoya 7,5 milyon dəfə baxılıb.

Braziliyada mülki tikinti mövzusuna həsr olunmuş Youtube kanalları arasında ən çoxsaylı izləyicisi olan Palomanın kanalıdır, Instagram-da isə onun izləyicilərinin sayı 45,000-dən artıqdır.

Fotonun müəllifi Getty Images
Image caption Bəzi izləyicilər Palomanın bütün işləri təkbaşına görməsinə inanmırlar.

Onun digər videolarında isə divar ucaltmaq, su kranını təmir etmək və ya yerə kirəmit döşəməyin texnikası addımbaaddım göstərilib.

Palomanın videolara birbaşa yerinə yetirilə bilən göstərişlərdən ibarətdir.

"Mən insanlara göstərirəm ki, əgər mən bunu edə bilirəmsə, demək hamı bunu edə bilər".

Ehtiyacdan seçilən sənət

Palomanı inşaatçı sənətini öyrənməyə ehtiyac məcbur edib: o, anası ilə birgə ikiotaqlı evlərinə artırma tikməli idilər və bunu öz əllərilə etməli idilər, çünki fəhlə tutmağa pulları yox idi. Anasının dostları Palomaya bənnalq etməyi öyrətdi.

Bənnalıq etmək onun Mülki Mühəndislik üzrə Universitetdə kurs keçməyinə səbəb olub.

Lakin birinci semestrdən sonra o, bütün vaxtını YouTube-daki fəaliyyətinə sərf etmək üçün universiteti tərk edib.

Paloma hesab edir ki, evdə tikinti və təmir işlərini özü görməklə azı $7,000 pula qənaət edib.

Braziliyada tikinti sektorunda işləyənlərin yalnız 3.2 faizi qadındır.

Paloma deyir ki, onu bu işə yiyələnməyə həvəsləndirən anası olub: "Mənim anam hər cür iş görə bilir. Mən balaca olanda anam səhər tezdən saat 5-də oyanıb işə gedərdi".

Palomanın iki bacısı bənnaçı peşəsinə maraq göstərməyib, onun 13 yaşlı qardaşı Paulo isə ona videolarını çəkməyə kömək edir.

Fotonun müəllifi Getty Images
Image caption Braziliyanın tikinti sektorunda qadınların təmsilçiliyi 4 fazidən aşağıdır.

Paloma deyir ki, yavaş-yavaş qardaşına tikinti-təmir işlərini öyrədir.

Lakin izləyicilərin çoxu işlərin Paulo tərəfindən yox, Paloma tərəfindən görülməsinə təəcüb bildiriblər.

Seksisttrollar

"Bəzən deyirlər ki, bu işləri mən yox, hansısa kişi görür - bu cür hallar məni kədərləndirir", Paloma qeyd edir.

O deyir ki, tikinti sənayəsində işləyən kişilər bəzən onun videolarına seksist şərhlər yazırlar.

"Misal üçün, deyirəm ki, bu iş bu cür görülməlidir, hansısa kişi yazır ki, yox, mənim dediyim səhvdir".

"Lakin axırda mən haqlı çıxıram".

Paloma indi belə şərhlərə fikir vermir və ya onları silir.

Onun izləyicilərinin 60 faizi kişidir.

Lakin qadınların sayı artmaqdadır və onlardan həvəsləndirici şərhlər gəlməkdədir.

"Təşəkkür. Sizin videonuz evimdə işləri fəhlə tutmadan başa çatdırmağa kömək etdi", onlardan biri yazıb.

"Ərimi gözləməkdən yorulub işləri özüm görəcəyimə qərar verdim", - digər qadın yazıb.

Fotonun müəllifi Arquivo pessoal
Image caption "We need to show guys that we don't need them as much as they imagine." says Paloma

Xanımlar, işləri özünüz görün

Paloma təmir-tikinti işlərinə daha çox qadını cəlb etməyi qarşısına məqsəd qoyub.

O hesab edir ki, hətta bu işi özü görməsə də, bu sahədə biliyə malik olmalıdır ki, təmir edən işçi tərəfindən aldanmasınlar.

Fotonun müəllifi Facebook/Paloma Cipriano
Image caption Paloma və onun anası evlərində təmir-tikinti işlərini özləri görürlər.

Peşəkar YouTube-çu

Kanalında 150-dən çox video dərc etmiş Paloma artıq peşəkar YouTube-çuya çevrilib.

O videolarını çəkir, redaktə edir və kanalında yerləşdirir.

Bir videonun çəkilişindən tutmuş dərc olunmasına qədər təxminən üç gün tələb olunur.

Fotonun müəllifi Arquivo pessoal
Image caption Paloma mebel əşyalarını da özü düzəldə bilir.

Bir vaxtlar səyahət bloqları yazmağı düşünən qadın indi tikinti malları dükanlarının sponsorluğu ilə təşkil edilən məşğələ dərslərində öz təcrübəsilə bölüşmək üçün yola çıxır.

Qazandığı pulları reklamına və qohumlarına yardım göstərməyə xərcləyir.

"Mənim həyat təcrübəm digər qadınlardakı kimi deyil. Düşünürəm ki, tərəddüd etməkdən və ya nəyinsə üstündə baş sındırmaqdansa, insan istəyini həyata keçirməlidir".

"İstədiyini yerinə yetirdikdən sonra isə ona qiymət verib nəticə çıxarmalıdır", - Paloma deyir.

Bu barədə daha geniş