Geyindiyin paltar abırlı idimi? - "hücum qurbanına" verilən sual

Reham Saeed

Cinsi hücuma məruz qaldığını iddia edən qadını "açıq-saçıq paltar" geyinməkdə ittiham etdiyi üçün Misirdə teleaparıcını minlərlə insan tənqid edir.

Hər şey zorakılıqla nəticələnən mübahisənin təhlükəsizlik kameralarına çəkilməsilə başlandı. Görüntülərdə kişi ilə qadının ticarət mərkəzinin ortasında mübahisə etdiyini görmək olar.

Birdən birə kişi qadına şillə vurur, təhlükəsizlik işçiləri və şahidlər onu saxlayır. Görüntlüləri yayılan qadın, polisə cinsi təcavüz barədə şikayət edib.

Amma yerli polis onu həbs etməyib deyə o, videonu Facebook-da yayımlayıb. Videonu yüz minlərlə adam izləyib. O, həmçinin televiziyada bir neçə dəfə çıxış edərək deyib ki, polis, kişi ərazidə yaxşı tanındığı üçün onu həbs etməyib.

Amma misirləri bütün bunlar o qədər də maraqlandırmayıb.

İctimaiyyəti dilə gətirən məqam

Hücuma məruz qaldığını iddia edən qadın (internetdə təhqir olunduğuna görə adını vermirik) araqarışdırıcı aparıcı Reham Saeed-ə müsahibə verib.

Müzakirələrin gedişatında Saeed belə bir fikir irəli sürüb: bəlkə qadının geyindiyi paltarlar kişinin hərəkətlərinə səbəb olub?

"Səncə geyindiyin paltar abırlı idimi" Saeed qonağına sual verib. Təlükəsizlik kameralarının görüntülərində qadın cins çalvar və qolsuz köynək geyinib.

Image caption Görüntülərdə kişi ilə qadın ticarət mərkəzinin ortasında mübahisə etdiyini görmək olar. Birdən birə kişi qadına şillə vurur

Aparıcı bununla kifayətlənməyib - o, qadının digər, köhnə fotolarını göstərməyə başlayıb. Onlardan birində qadın bikinidə olub.

Qadın iddia edir ki, Saeed-in proqramını hazırlayan prodüserlər onun telefonunu eşələyib şəkilləri tapıblar. Saeed bunu inkar edərək deyib ki, fotoları izləyicilər ona Whatsapp vasitəsilə göndərib. Bundan sonra hər iki qadın müxtəlif televiziya verilişlərində bir-birinə ittihamlar ünvanlayıb.

Amma fotoların necə meydana çıxmasından asılı olmayaraq, internetdə bir çox misirli - həm liberallar, həm də müsəlmanlar Saeed-i tənqid edib, onun zorakılıq və qadınlara qarşı cinsi təcavüzün tərəfdarı olduğunu deyib.

Fotonun müəllifi TWITTER
Image caption Reham Saeed internetdə tənqidə məruz qalıb

"Biz Riham Saeed adlı vahimədən can qurtarmalıyıq", bir fəal yazıb. Digəri Twitter hesabında yazıb: "Sən nə qədər mənfursan. Məni kədərləndirən odur ki, bu təbliğata heç layiq də deyilsən, amma səni yaşadan elə odur".

Bundan sonra Saeed özü internetdə hədəfə çevrilib. Trollar ona "Reham, öl" kimi tərcümə olunan həştəqlə yazıb, zorakı fotolarla onun necə "məhv olacağını" göstərənlər olub.

Cəmi 24 saat ərzində həmin həştəqlə 14 000-dən çox ismarış yazılıb. Onun haqqında istifadə olunan digər həştəqlər, o cümlədən "Reham Saeed" və "Reham Saeed təqib olunsun" - Misirdə trendlər siyahısına daxil olub.

Bir çox istifadəçi proqramı və onu yayımlayan telekanalı boykot etməyə çağırıb.

Neveen Youssef, BBC MonitoringMai Nomanın məlumatları əsasında bloqu Mike Wendling yazıb.

______________________________________________________________________

Həmçinin oxuyun:

Periscope, qadınlar və qeyrət söhbətləri

Elnur Muradovun fikrincə Periscope azərbaycanlı qadınların "həyatını məhv eləyib".