"Velosiped sürür, turnikdə çəkinir..." - sosial şəbəkələr İlham Əliyev haqqında

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Avqustun 10-da İlham Əliyevin velosiped sürməsini göstərən foto və videolar sosial şəbəkələrdə yayılandan sonra bəzi istifadəçilər buna ümidlə, digərlərisə yumor və istehza ilə yanaşıb.

"Necə bacarıqlı başçımız var ilahi,velosiped sürür,turnikdə çəkinir", Twitter istifadəçisi @Muzaffarli_ qeyd edib.

"İşte Azerbaycan Cumhurbaşkanı adam gibi adam İlham Aliyev. Kendisi cumhurbaşkanlığı makamına bisiklet ile gidiyor", @huseyinintviti yazıb.

Facebook istifadəçisi Farid O-v velosiped istehsalı zavodunun açılışı münasibətlə "dostluğumda olan bütün ismayıllıları və ürəyi velosipedlə döyünən hər kəsi təbrik" edib.

Fotonun müəllifi AzerTag

Elxan Babayev İlham Əliyevin yuxarıdakı fotosunu paylaşaraq yazıb: "Avtomobil idarә edә bilir, xizәk idarә edә bilir, velosiped idarә edә bilir. Bir dә ölkәni idarә edә bilsәydi daha nә dәrdimiz var idi ki))"

"Diktatorlar da velosiped sürür! İndiyə qədər Azərbaycan [prezidenti] Əliyevin olduğu ən sevdiyim foto" - insan haqları fəalı və İlham Əliyevin tənqidçisi @rebecca_vincent həmin fotonu belə şərh edib.

Ali Asadullayev Sumqayıtdan yazıb: "Ümüd edirəm İsmayıllıda açılan yeni velosiped zavodunda istehsal olunan məhsullar Azərbaycan bazarnda özünə yer edə biləcək və qiymətləri münasib olacaq".

"Analoqu olmayan inkişafımızın neft və qaz mərhələsi arxada qaldı, indi velosiped mərhələsinə keçirik", yazıb Gül N-eva. "Neftdən qazandığımız 180 milyardın xeyrini görmədik, ancaq bunu özümüzə dərd etməyək. Şanlı hökumətimiz Marsda, Yupiterdə, Venerada velosiped bazarlarını ələ keçirə bilsə, yenidən milyardlar qazanıb yaxşı yaşayacağıq".

Kemale Mammadli prezidenti dəstəklədiyini bildirib: "Velosiped sürən biri kimi prezidentimizi dəstəkləyirəm ) Ətraf mühiti qorumaq, yollarda tıxacın qarşısını almaq üçün velosiped üçün yollar çəkmək lazımdır".

@melekbabazadeh isə güman edir ki, artıq İsmayıllıda hamı velosiped sürəcək "İçi men qarışıq Eziyet çekib o boyda velosibet zavodu inşa etmişik".

Şosial mediadakı şərhləri saytımızda istifadə edərkən onların üslubuna və orfoqrafiyasına toxunmamışıq.