Sosial media Suriya uşaqlarını xilas edə bilərmi?

Fotonun müəllifi SYRIAN ARAB NEWS AGENCY
Image caption Gina Vadi

Doğma Hələb şəhərinə hava zərbəsindən sonra yaşadığı evin xarabalıqları altından çıxarılmış 5 yaşlı Omran Daqnişin sarsıntı və qan içində şəkli internetdə yayıldıqdan sonra virtiual aləmin diqqəti yenidən uşaqlar və müharibə mövzusuna yönəlib.

Omran Daqniş, fotosu internetdə minlərlə dəfə paylaşılan ilk suriyalı uşaq deyil. Genişmiqyaslı Tvitter kampaniyası yaralı qız uşağının Suriyanın mühasirədə olan Madaya şəhərindən evakusasiyası ilə nəticıələnib. Diqqəti 10 yaşlı Gina Vadi-yə cəlb etmək üçün 34 min insan #SaveGhina heşteqindən istifadə edib. Amnesty International bildirib ki, qız anasının dərmanını almaq üçün evdən çıxanda snayper atəşinə tuş gəlib.

Suriya hökuməti əvvəlcə Vadinin tibbi müalicə üçün şəhərdən çıxarılmasına icazə vermək istəmirdi, lakin sosial media kampaniyası, habelə Amnesty International və BMT də daxil beynəlxalq təşkilatların təzyiqi, Suriya Qırmızı Aypara Komitəsinin qızı müalicə üçün Dəməşqə gətirməsi ilə nəticələnib.

Fotonun müəllifi AMNESTY INTERNATIONAL
Image caption 34 mindən çox insan, diqqəti 10 yaşlı Gina Vadiyə yönəltmək üçün #SaveGhina heşteqindən istifadə edib

Dəməşqdən 25 kilometr şimalda yerləşən Madaya 2015-ci ilin ortalarından bəri hökumət qüvvələri və onun müttəfiqi olan Livan Hizbullah döyüşçülərinin mühasirəsindədir. Yardım təşkilatları burada yaranmış vəziyyəti “böhranlı” adlandırırlar. Deyilənlərə görə burada 40 minədək sakin qida və dava-dərman qıtlığından əzab çəkir.

Vadinin hekayəti internetdə geniş yayılandan bəri eyni vəziyyətdə olan başqa uşaqların da evakuasiyasına çağıran videomüraciətlər edilib.

Avqustun 15-də Madayada olduğu deyilən Yaman İzzəddini göstərən video da Facebook-da Hashtag Revolution adlı qrup tərəfindən paylaşılmışdı. Onun kəskin meningitdən əzab çəkdiyi bildirilirdi.

Fotonun müəllifi HASHTAG REVOLUTIONFACEBOOK
Image caption Yaman İzzəddinin klipinə 5500 dəfədən çox baxılıb

"Bu uşağın hərarəti yüksəkdir. Belə davam etsə, o kor, ya da iflic ola bilər” – deyir çığırtılar içində olan uşağın çarpayısı başında özünü həkim kimi təqdim edən şəxs.

5500 dəfədən artıq baxılmış bu klipdə həkim BMT və Suriya Qırmızı Ayparasını uşağı xilas etməyə çağırır.

Hashtag Revolution səhifəsində Nizrin əş-Şəmaa adlı qızın anası onun evakuasiya edilməsinə çağırır. Kamerya baxan ana qızının 25 gündür ki, xəstə olduğunu, gözlərinin görmədiyini və tərpənmədiyini deyir.

Bundan başqa internetdə Suriya münaqişəsində tələf olmuş uşaqlara bir neçə ithaflar paylaşılıb.

Fotonun müəllifi DIARY OF A MORTAR SHELLFACEBOOK
Image caption Tələf olmuş uşağa ithaf mahnısının sözləri: “Onların ruhları qalıb fotolarında. Ürək döyüntüləri. Çığırtıları. Aman Allah, sonra yumub gözlərini, anasının dizi üstə düşür uşaq. Elə bilir anasının ürəyi, ona sığnaq olacaq”.

BMT-nin uşaq məsələlərinə baxan agentliyi xəbərdarlıq edib ki, Suriyanın Hələb şəhərində minlərlə uşağın həyatı təhlükədədir.

Bu arada BMT-nin xüsusi elçisi Staffan de Mistura bütün tərəfləri döyüşləri dayandırmadıqlarına görə lənətləyib.

Bu barədə daha geniş