Təyyarədə qoxunun qarşısını almaq üçün nə etməli?

Sərnişinlər Fotonun müəllifi Thinkstock

Təyyarə qalxmamışdan öncə, təhlükəsizlik elanları edilib, stüardessalar son dəfə gəzişərkən, sərnişinlərin baş üstü lampaları bir-bir yanmağa başladı. Sərnişinlər eyni sualı soruşurdular: Bu iy haradan gəlir?

Bir sərnişin, qoxunun yanacaq iyinə oxşadığını söyləyir və bütün sərnişinlər arasında panika baş qaldırır. Təyyarəni başdan sonacan gedib gəldikdən sonra, iyin təyyarənin arxa hissəsindən gəldiyini anladım.

Kapitana zəng vurub qoxu və narahat sərnişinlər haqqında məlumat verdikdən sonra, təyyarəni geri çevirib, yoxlamağa qərar verdik.

Təyyarə kapitanı sərnişinlərə bu məlumatı verən zaman, bir sərnişin gizlicə yaxınlaşıb iyin haradan gəldiyini söylədi. Onun qarşısındakı oturacaqda oturan və özləri ilə təyyarəyə gətirdikləri curry souslu balığı yeyən cütlüyü göstərdi.

Yumurtalı, ağır iyli pendirli sendviç və sair, təyyarədə yeyiləcək qidalar deyil. Lakin pis iyli qoxuların tək qaynağı bu qidalar deyil.

Təyyarədəki bağlı mühit və havalandırmanın məhdud olmasını nəzərə alsaq, hər sərnişinin kabin havasını kirlədə biləcək hərəkətlərdən uzaq durması lazımdır. Bunun üçün ediləcək şeylər:

Ayaqqabılarınızı çıxarmayın

Yalın ayaqlarını başqasının oturacağına dayamış sərnişinlərin şəkillərini sosial mediada paylaşaraq, narahatçılığını bildirənlər çox olur.

Halbuki, uçuş əsnasında ayaqqabıları çıxarmamaq lazımdır. Ayaqda, bədənin hər tərəfindən daha çox, ümumi 250 min tər toxuması var və gündə dörddə bir litr tər ifraz edir. Buna görə də, uçuş zamanı ayaqqabılarını çıxarmaq əvəzinə daha rahat ayaqqabı geyinməyə üstünlük verilməlidir.

Ağır iylərdən yayının

Ağır ətir, odekolon və losyonlar baş ağrısı və allergiyaya səbəb ola bilər. Bundan başqa, təyyarədə dırnaq boyası sürtməməli və ya onu asetonla silməməlisiniz. Bunlar kəskin qoxu yaydığı qədər, dağıldıqda təmizlənməsi çətin olan şeylərdir. Ən doğrusu, nə yaxşı, nə də pis mənada heç iy verməməkdir.

Fotonun müəllifi Thinkstock

Təyyarəyə gətirdiyiniz qidalar diqqət edin

Təyyarədə qoxular daha tez yayılır. Bağlı mühitdə yeyilməməli qidalara sadəcə soğan, sarımsaq və ya ədviyyat daxil deyil. Bəzi insanlar banan və ton balığına qarşı həssasdır. Bu səbəblə, bütün iyli və ya qarışıq qidalardan yayınmaq lazımdır.

Ən yaxşısı, təyyarədə təqdim olunan və ya satılan yeməklərlə kifayətlənməkdir. Bunlar, bağlı mühitlər nəzərə alınaraq hazırlanır.

Alkoqoldan uzaq durun

Təyyarəyə minərkən alkoqol iyi verməmək də vacibdir. Hava yolları işçiləri sərnişindən alkoqol iyi gəldiyini hiss edərsə, onun təyyarəyə minməsinin qarşısını ala bilər. Çünki, təyyarədə sərxoş bir insanla məşğul olmaq çox çətindir.

Bunun üçün də, uçuş öncəsi alkoqollu içkidən uzaq durmaq ən doğrusudur. Siz iyi hiss etməsəniz də, yanınzda oturan sərnişinlər hiss edəcəklər.

Fotonun müəllifi Thinkstock
Image caption Təyyarədəki qidalar, sinir sisteminə təsir etməyəcək və artıq qoxu yaymayacaq şəkildə hazırlanır.

Ayaqyolundan istifadə edin

İnsan təbii olaraq, qaz ifraz edir. Bunun qarşısını almaq mümkün deyil. Lakin, bunun üçün tualeti seçmək lazımdır.

Təyyarədə hava təzyiqi daha aşağı olduğu üçün, insan özünü daha şişkin hiss edir və daha çox qaz ifraz etməyə ehtiyac duyur. Bu səbəblə, uçuş öncəsi lobya kimi lifli qidalardan yayınmaq lazımdır.

Uşaq bezini təyyarədə oturacaqda dəyişməyin

Uşaqlı ailələrin təyyarədə diqqət etməsi lazım olan çox şey var. Uşaq bezlərini rahat olsun deyə, oturacaq və ya masada dəyişdirmək olmaz.

Kirli bezləri iy keçirməyən formada saxlayan torbalardan istifadə etmək və doğru yeri tapmaq üçün stüardessalardan kömək istəmək lazımdır.

Fotonun müəllifi Thinkstock

Bəs təyyarədə sərnişinkən pis iy hiss etsəniz nə edə bilərsiniz?

Oturacağınızı dəyişdirmək imkanı yoxdursa, baş üstü havalandırmanı yandırıb, gözlərinizi bağlamaqdan başqa, çarəniz yoxdur.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Autos dərgisində oxuya bilərsiniz.
  • Dərgidəki diğər məqalələri burda oxuyun.

Bu barədə daha geniş