Qiyməti təəccüblü bu 9 maddə gümüşdən bahalıdır

gümüş para Fotonun müəllifi Getty Images

Dondurmanızda kiçik vanil dənəcikləri gördüyünüz zaman diqqətlə baxın. Çünki bu yediyiniz gümüşdən daha bahalı bir şeydir. Təxmin edə bilmədiyiniz başqa hansı ərzaqlar gümüşdən bahalıdır?

Vanil

Vanil tropik ərazilərdə bir orxideyanın lobyaya bənzər budaqlarının qurudulmasıyla əldə edilir.

2017-ci ildə Madagaskar-da vanil plantasiyalarının küləklər ucbatından zərər görməsi nəticəsində vanilin qiyməti ikinci dəfə rekord həddə çatıb və kilosu 600 ABŞ dollarına yüksəlib.

Gümüşün kilosu isə 538 ABŞ dollarıdır. Beləki yayda ehtiyat böhranına səbəb olmamaq üçün dondurma şirkətləri vanilli dondurma istehaslını məhdudlaşdırıb.

Lakin tez tez istifadə edilən gündəlik ərzaqlar arasında qramı gümüşdən daha bahalı olan təəccübləndirici tək məhsul vanil deyil.


Həmçinin oxuyun:


Fotonun müəllifi Getty Images
Image caption Vanil çubuğu

Zəfəran

Zəfəran fəsiləsindən olan soğanlı bir bitkinin çiçəyindəki hissələrdən əldə eilən zəfəran dünyanın ən bahalı ədviyyatıdır.

Bir kilo zəfəranı əldə etmək üçün 150 min çiçəyin sarı rəngli təpəciklərini əllə toplamaq lazımdır.

Keyfiyyətinə bağlı olaraq zəfəranın kilosu 2 min dollar ilə 15 min dollar arasında dəyişir. Pərakəndə satışda isə bir qramın qiyməti 5-25 dollar arasındadır.

Yeməklərə sarı bir rəng və xoş bir qoxu qatan zəfəranın depresiyaya yaxşı təsir etdiyi, obezit xəstəliyinə qarşı mübarizədə kömək etdiyi və göz qişasını qoruduğu bildirilir.

Zəfəranın bu qədər bahalı olması bəzilərini saxta zəfəran istehsal etməyə belə təhrik edir.

Çiçəklərin təpəcikləri yerinə boyanmış ipək ipliklər, iplik vəziyyətinə gətirilmiş çuğundur və fərqli çiçəklər zəfəran adıyla satılır.

Bir qədər əvvəl aparılan bir araşdırmada sınaqdan keçirilən zəfəranın yarısının saxta olduğu məlum olub.

Fotonun müəllifi Getty Images
Image caption Zəfəranı əldə etmək üçün çiçərklərin təpəciklərini toplamaq çox zəhmətli bir işdir

İnsan qanı

Bədənimizdə 9-12 litr arasında qan var. Bunun 1,5-2 litrini itirmək ölümə səbəb ola bilər.

Satıldığı ölkəyə görə dəyişməklə bərabər bir vahid (yarım litrə yaxın) insan qanının qiyməti 375 dollardır.

Bu, eyni miqdar gümüşün qiymətinun bir yarım qatı deməkdir. Dondurulub saxlanılmış bir vahid qanın qiyməti 1000 dolları, gümüş qiymətinin dörd qatını aşır.

Qan vermək istəyən insan sayının az olması və qan nəqli edilmədən əvvəl çox sayda analiz verilməsi qiyməti artıran amillərdəndir.

Fotonun müəllifi SPL

Qəhvə və çay

Bəzi qəhvə növlərinin (kopi luwak) qiyməti ağırlığından çox gümüşə bərabər gəlir.

İndoneziyada qəhvə çəyirdəyini daşıyan meyvəylə qidalanan müşk pişiyinin nəcisindən çıxan çəyirdəyin kilosu 660 dollardır.

Bu çəyirdəklərin heyvanın bağırsaqlarından həzmdən keçərkən fermantasiya edildiyi və qovrulduğunda şirin bir dad əldə edildiyi bildirilir.

Lakin bu qəhvəyə tələbatın artması səbəbiylə müşk pişiklərini qanundan kənar yaxalayıb pis şəraitdə bəsləyənlərin meydana çıxması heyvan haqqları təşkilatlarını hərəkətə gətirib.

Bəziləri isə yüksək qiymətinə baxmayaraq kopi luwak qəhvəsinin dadının o qədər də yaxşı olmadığını söyləyir.

Amma bu qəhvədən daha bahalı olan başqa bir qəhvə var: Tailanda məxsus Qara Fildişi Qəhvəsi. Bu qəhvənin çəyirdəkləri fillərin nəcisindən toplanır və kilosu 1800 dollardır.

Qiyməti dodaq uçuqladan daha bir içki isə Çinin cənub qərbində yerləşən Fujian bölgəsindəki Wuyi dağında yetişən az saydakı çay bitkisindən toplanan Da Hong Pao çayıdır.

350 illik bitkilərdən toplanan bu çayın 20 qramı 28 min dollara satılmışdır. Yəni kilosu 1,4 milyon dollardır.

Bu isə kiloqramı 41,500 dollar olan qızılın qiymətinin 33 qatı deməkdir. Bu yaşıl çay bitkilərindən son məhsul 2005-ci ildə toplandığı üçün çay kolleksionerlərinin gözündə daha da dəyərli hala gəlib.

Image caption İndoneziyada qəhvə çəyirdəyini daşıyan meyvəylə qidalanan müşk pişiyinin nəcisindən çıxan çəyirdəklərin kilosu 660 dollardır

Viagra

Ereksiya problemi olan kişilərin istifadə etdiyi Viagra-ya təsadüfən tapılmış bir dərman deyilə bilər.

1989-cu ildə Pfizer firması yüksək təzyiq və angina müalicəsi üçün bu dərmanı inkişaf etdirmiş, amma sınaqlar sırasında maraqlı bir mənfi təsiri ortaya çıxmışdır.

Doqquz il sonra ereksiya problem olan kişilərin istifadə etməsi üçün lisenziya verilən bu dərman şirkətin ən böyük gəlir mənbələrindən birinə çevrilmişdir.

2012-ci ildə bu dərmandan əldə edilən gəlir 2 milyard dollara yüksəlmişdir. Bu ilin əvvəlində Pfizer ABŞ-da Viagra-nın qiymətini 2017-ci illə müqayisədə 39 faiz artıracağını açıqladı.

100 milliqramlıq həbin qiyməti 58 dollardan 81 dollara qalxdı. Şirkət Viagra-nın daha ucuz ekvivalenti olaraq ağ bir həbi istehsal etməyə başladı və digər şikətlərin də eyni məhsulu istehsal etmək yolu açıldı. Amma hələ də bəziləri əsl mavi həbi almağa üstünlük verirlər.

Lakin Viagra-dan daha da bahalı dərmanlar var. Xüsusilə, genetik səbəbli bəzi xəstəliklərin aylıq dərman xərci on minə çatır.

Ən bahalı dərmanlardan biri də toksoplazmaya səbəb olan parazitə qarşı istifadə edilən həbdir.

Bir tək həbin qiyməti 750 ABŞ dollarıdır! Dərman şirkətləri bu qiymətləri satışa çıxarılmadan əvvəl dərmanlar üzərində aparılan araşdırma və inkişaf etdirmə işləriylə əlaqələndirirlər.

Fotonun müəllifi Getty Images

Uçuqlama kremi

Reseptsiz alınan bəzi dərmanların da olduqca bahalı olduğunu görə bilərik.

Araşdırmalar, xüsusilə krem və pomada şəklində olan dərmanların qiymətinin artdığını göstərir.

Məsələn, uçuqlama olaraq bildiyimiz herpes virusuna qarşı istifadə edilən Zovirax (Aklovir 5%) adlı kremin 2 qramının Böyük Britaniyada qiyməti 6,75 dollardır. Yəni kilosu 3375 dollar deməkdir.

Amma ABŞ-dakı qəribə sağlamlıq sığorta sistemi səbəbiylə bu dərmanın bir qramının xəstəyə maliyyəti 2007-ci ildə 22 dollar olarkən, 2015-ci ildə 168 dollara qalxıb.

Lakin qiymətlərin son vaxtlar düşdüyü və bir qramın 48 dollara olduğu bildirilir.

Fotonun müəllifi Getty Images
Image caption Böyük Britaniyada 2 qramlıq uçuqlama kremi Zovirax (Aklovir) 6,75 dollara satılır

Üz kremləri

Dünya miqyasında kosmetika bazarının dəyəri illik 532 milyard dollardır. Bəzi məhsullaın qiyməti olduqca yüksək ola bilər.

Məsələn, Creme de la Mer adlı fermentləşdirilimiş su yosunu kreminin 30 ml-lik qutusu 162 dollardır. Yəni kiloqram qiyməti gümüşdən altı qat daha bahalıdır.

ReVive markalı digər nəmləndirici kremin qiyməti daha bahadır.

Eyni zamanda Intensite Crème Lustre markalı kremin 48 qramı 385 dollar, yəni kilosu 8000 dollardır.

Ekspertlər bu yüksək qiymətləri məhsulun ortaya çıxması üçün aparılan elmi araşadırmalarla əlaqələndirirlər.

Fotonun müəllifi Getty Images
Image caption Üzə gümüş maska taxmaq bəzi üz kremlərindən daha ucuz başa gəlir

Printer mürəkkəbi

Printerinizdən nə qədər istifadə etdiyinizə diqqət etməyiniz lazımdır.

Çünki təchizat şirkətləri printerdən çox mürəkkəbindən pul qazanırlar.

Mürəkkəb katricini dəyişdirməyin qiyməti markasına görə, 8-27 dollar arasında dəyişir. 23 dollarlıq 4 ml qara mürəkkəb katrici ilə ancaq 200 səhifə çap etmək olar.

Mürəkkəbin kilosu 1733 dollar olduğundan gümüşdən çap etmək daha ucuz başa gəlir.

Fotonun müəllifi Getty Images
Image caption İlan və əqrəb sancmasına qarşı istifadə edilən antidotlar dünyanın ən bahalı mayeləri sırasında yer alır

Antidot

İlan və ya əqrəb sancmasına qarşı istifadə edilən antidotlar (zəhərə qarşı isitfadə edilən maddə) dünyanın ən bahalı mayeləri sırasında yer alır.

ABŞ-da tək dozalı bu antidotların qiyməti 7 min 900 dollardan 39 min dollara qədərdir.

Bir qədər əvvəl ilan sancmasına qarşı antidotun qiyməti 57 min dollara yüksəlmişdi.

ABŞ-da ildə 8 min ilan sancması hadisəsinə rast gəlmək olar. Bu rəqəm Afrika və Cənubi Amerikada daha yüksəkdir.

Lakin antidotların qiymətinin sadəcə yüzdə 0,1-i, yəni 14 dolları anticisimlər üçündür.

Qalan xərcləri araşdırma, sınaqlar, lisenziya, hüquqi haqqlar və başqa xərclər tutur. 1,4 milyon dollar ilə antidotun kilosu gümüş qiymətinin 2600 qatına bərabərdir.

Bu barədə daha geniş