Tokionun yeraltı dünyasından heyrətamiz şəkillər

Üzündə maska olan şəxs Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Michael Wolf 2010-cu ildən bəri Tokio metrosundan şəkillər çəkir. Alman fotoqraf bu şəkillərin çap olunduğu ərəfədə, son 7 il ərzində mütəmadi olaraq geniş paylaşılan şəkilləri barədə Fiona Macdonald-a danışıb.

Pompeydəki kül qalıqları ilə örtülən donmuş bədənlər kimi - geniş açılmış qollar və yaxud nəfəsdən tərləyən pəncərələr - Michael Wolf-un Tokio Sıxlığı adlı layihəsində bir çox insanın qəribə şəkilləri var.

Anlaşılmaz səslənsə də, metroda səyahət zamanı belə hallar normal qəbul olunur.

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

2010-cu ildə World Press Photo müsabiqəsində qalib gələn Wolf, şəkillərdən ibarət toplusu ilə birgə Tokioda bir naşirlə görüşür.

"O, şəkilləri 30 saniyə ərzində gözdən keçirdi və dedi: nə olsun ki?" London Flowers qalereyasında yeni sərgisi keçirilən alman fotoqraf BBC Culture-a deyib.

"Siz nə demək istəyirsiniz? Bu, kabus kimi bir şeydir görmürsünüz məgər?" dedim.

"Kabus deyəndə nəyi nəzərdə tutursunuz? Mən bunu 40 ildir ki, hər gün edirəm - normal bir şeydir."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası
Image caption Wolf-un 1995-ci ildə çəkilmiş fotolarından biri. Bu şəkil, 15 ildən sonra yenidən üzə çıxıb

Bu gündəlik səyahətin normallığı Wolf-un şəkillərində poetik bir çalar alıb. Qatar pəncərələrinə və yaxud adamlara sıxılmış halda, əksəriyyət gözü bağlı. Sanki içəridə xəyallar aləminə dalıblar.

"Vəziyyəti dəyişə bilməzsən. Yalnız və yalnız beynini heç vaxt nəzər salmadığın bir yerə yerləşdirməlisən ki, təsir etməsin," Wolf deyib.

"Səhər də, axşam da eyni əziyyətə qatlanmalısan. Başqa yolu yoxdur."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Wolf-un Tokio Sıxlığı (Tokyo Compression) adlı və əslində 20 il qabaq yaratdığı layihə, təzəlikcə nəşr olunub.

"Mən Stern jurnalı tərəfindən 1995-ci ildə Zarin qaz hücumundan sonra, Tokioya göndərildim," Wolf deyib.

"Bu şəkilləri lentə aldığım stansiyaya gəldim. İnanılmaz bir stansiyadır, çünki bir tərəfli daxil olan qatarın açılmayan pəncərəsi ilə üzbəüz qalmaq olur. Orda olduğum 10 dəqiqə ərzində insanların ümidsiz halda qapıya sıxılmış 5 ya 6 şəklini çəkdim. Halbuki, pik vaxtı deyildi."

Bir neçə həftə sonra o, şəkilləri redaktə edərkən bu fotolara diqqət edir və qərara gəlir ki, onları gələcək üçün saxlasın.

"15 il sonra 2010-cu ildə bir az boş vaxtım var idi və sənədləri qurdalayarkən əlimə bu 5 vərəqli qovluq keçdi. Özlüyümdə düşündüm ki, niyə həmin metro stansiyasına qayıdıb nə isə etməyim?"

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Həmin yeri tapmaq göründüyü qədər asan olmayıb.

"Şəkillərimdə stansiyanın adı olmadığından həmin yerin harada olduğu haqda bir fikrim yox idi" Wolf deyib.

O, özünə tədqiqatçı tutur və o, qatar qapısındakı detallardan istifadə edərək həmin metro xəttini tapır.

"Bütün metro xəttləri fərqli şirkətlərə məxsusdur və hər birinin özünə məxsus görünüşü var. Köməkçim mənə "bu ki, Odakyu xəttidir" dedi. Tokioya uçub Odakyu xəttinə getdim. Hər bir stansiyada çıxmalı olsam da, nəhayət ki, həmin yeri tapdım."

2010 və 2013-cu illər arasında Wolf, hər il Şimo-Kitazava stansiyasına baş çəkir.

"Mən 4 il boyunca oraya ildə 4 həftə olmaqla gedirdim və hər dəfəsində daha da gərgin şəkillərlə geri dönürdüm," o söyləyib.

"Hər gün səhər 7:45 dən 8:50-dək ora gedirdim. Həmin vaxtlar pik saatı vaxtıdır və hər 80 saniyədən bir qatar gəlir. Qatar tərpənənə qədər 30 saniyə vaxtım olurdu."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Az keçmədən o, nə istədiyini müəyyənləşdirib.

"Kənardan baxdığım an onu gördüm" o deyib.

"Qarşımda qatarın bir hissəsi var idi və 30 saniyə ərzində hər üç pəncərənin şəklini çəkə bilməzdim. Mən yalnız pəncərədə yaxşı bir kadrın olub-olmamasını görə bilərdim, əgər yox idisə, növbəti vaqona keçirdim. Nə istədiyimi bilirdim və görər-görməz şəklini çəkirdim. Əgər qatar getsəydi, növbəti qatarın gəlməsini gözləyirdim."

Ən son kitab The Final Cut adlanır, çünki 2013-cu il martın 25-dən bəri həmin stansiya mövcud deyil, bütöv xətt yer altına gedib.

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Wolf-un 1994-cu ildən bu günə qədər iri miqyaslı portretləri Honq Konqda nümayiş olunur. Hər iki layihə, klaustrofobiya hissi yaşayanlar ilə zəngindir.

"Şəklini çəkdiyim adamların şəkillərdən qaçmamaları, olduqları yerdə qalmaqları daha çox xoşuma gəlirdi," Wolf, 2014-cü ildə BBC Culture-a demişdi.

Bu intensivlik ona - Tokio Sıxlığı 2017 Prix Pictet-ə namizəddir - qazandırıb və bu o deməkdir ki, həmin şəkillər həqiqətən geniş yayılıb.

"Tokio sıxlığı hər il məşhurluq qazanır," Wolf deyib.

"Hansısa bir yolla hər il bir böyük bloq layihə ilə tanış olur və şəkilləri "Tokionun kabus metrosu" başlığı altında təqdim edir. Sonra başqa 20 səhifə də diqqət göstərir və bir aydan sonra yaddan çıxır və bir il sonra yenidən yayılır.

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

"Bu şəkilləri görər-görməz əziyyət çəkən insanlara acıyır, hisslərinə ortaq olursunuz və dərhal şəhər həyatının mənfi cəhətləri göz önünüzdə canlanır - mənim layihəmin daşıdığı əsas məzmun da budur. Kimliyinizdən asılı olmayaraq, onların nə yaşadıqlarını başa düşürsünüz."

Lakin bu, Wolf-un istehzalı iş gördüyü anlamına gəlmir.

"Hər zaman asan olmasa belə, öz mövzuma daha çox yaxınam. Hətta, "İnsanların şəkillərini çəkdiyin zaman onlar nə hisslər keçirirlər? İcazə almışdınmı?" kimi müzakirələr də yaşanıb. Aydındır ki, icazə ala bilmərəm, çünki arada bizi ayıran pəncərə şüşəsi olur. Ona görə də ya çəkirəm, ya da ki yox" o deyib.

Wolf-un portretləri, insanları ifşa və ya istismar etmir, əksinə bir şəxslilik daşıyır.

Wolf-un son kitabındakı yazı, sıx yaxınlığı izah edir: "Biz, yeraltındakı qonşumuz qədər heç kimlə bu qədər yaxın olmuruq," Christian Schüle yazır.

"Metro insan sıxlığı ilə müşayiət olunan bir məkandır: məcburi sıxılmadan məyusluq, ağrı, dəlilik, qəzəb və narahatlıq yaranır."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Vaqondakı hava bir yana, ondan yaranan kondensasiya sıxlığı tam izah edir: nəfəslər pəncərədə suya çevrilir.

"Kimsə bunları yığıb distillə edərək ondan ətir əldə edə bilər: Böyük Şəhər Qoxusu," Wolf gülərək deyib.

"Damien Hirst bunu edərək milyonlar qazana bilər: balaca flakonda milyonlarla sərnişinin bir-birinə qarışan tər qoxusu."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Bu kondensasiya Tokio Sıxlığına həm də bir qaranlıq hal da əlavə edir.

"Məndə bəzi şəkillər var ki, insanlar əlləri ilə bu kondensasiyanı siliblər və pəncərələrdə sanki Yapon hüsnxəti ilə yazılar əmələ gəlib - "yardım edin, bu qatar məni uzağa aparır, mən ilişmişəm, polisə zəng edin". Bu şəkilləri çəkdiyim vaxt belə fikirləşirəm."

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

Ancaq təəccüblüdür ki, çoxlu sərnişinlər qəzəblənmək əvəzinə sakit görünürlər və sanki özlərinə çəkiliblər.

"İnsanlar xəyal aləminə daldıqda, baş barmaq ilə şəhadət barmağını "om" şəklində bağlayırlar, ona görə də şəkillərdə sakit görünürlər" Wolf deyib.

Fotonun müəllifi Michael Wolf, Flowers galereyası

"Onların gözləri bağlı, barmaqlarını müəyyən şəkildə görüb təxmin edirəm ki, tərki-dünya olublar. Belə vəziyyətdə bir saat qalmaq məcburiyyətindəsənsə, başqa nə etmək olar ki?"

Əlaqəli mövzular

Bu barədə daha geniş