Dekabrda baxılası 9 film

Fotonun müəllifi @A24

Fəlakət Rəssamı (The Disaster Artist)

"Haha, nə gözəl hekayədir!" bu sözlər tarixdə istehsal olunan ən pis film hesab olunan Tommy Wiseau-nun Otaq filmindəki (The Room) Johnny obrazına məxusdur. Görünür ki, James Franco-un yeni filmi həmin kinematik fəlakəti əks etdirir.

Franco filmin rejissoru olmaqla yanaşı, Wiseau rolunu canlandırır. ABŞ-a gələn bu qəribə ləhcəli və uzun qara saçlı miqrant, Gene Simmons ilə Stephen Baldwin-in qarışığıdır sanki.

2003-cü ildə bir çoxları tərəfindən tanınan aktyor rejissoru və istedadlar axtarışında olan agent Wiseau öz Hollywood filmini yaratmaq qərarına gəlir.

Limitsiz maddi mənbələrə malik Wiseau-un kino üçün beyin məhsulu Otaq, gecəyarısı filmi kimi kinoteatrlarda ekrana çıxır. Xatırladaq ki, gecəyarısı kinoteatrlar ən maraqsız filmləri seçirlər.

Franco Wiseau-un mükəmməllik anlayışından yararlanaraq elə bir film yaradıb ki, Otağın dörddə birini orada görmək mümkündür.

Film Greg Sestero-nun Fəlakət Rəssamı kitabı əsasında lentə alınıb. Otaqdan fərqli olaraq filmə yox, filmlə güləcəksiniz.

ABŞ, Böyük Britaniya və İrlandiyada dekabrın 1-i, Filippində dekabrın 6-ı və Argentina və Hollandiyada dekabrın 21-i ekranlara çıxacaq.

Fotonun müəllifi Fox Searchlight

Suyun Şəkli (The Shape of Water)

Guillermo del Toro bu gün Hollywood-da vizual olaraq seçilən əsərlər kolleksiyasını Venesiya Film Festivalında Qızıl Şir (Golden Lion) qazanan bu fərqli filmdə cəmləşdirə bilib.

Bir az qorxulu, bir az qadağan olunmuş sevgi, bir az Soyuq Müharibə serialı səpilən filmi yaxşı edən daha bir neçə janr görmək mümkündür.

Sally Hawkins laldır və ABŞ dövlət tədqiqat mərkəzinin işçisidir. O, Amazon meşələrində tapdıqları bir amfibik məxluqa vurulur.

Digər rolu isə Doug Jones canlandırır. Sally bu qurbağa-kişi sevgilisinin hökumət nümayəndəsi və şübhəsiz ki, pis xarakterli Michael Shannon-dan qaçmasına kömək edir.

Filmə Beş ulduz verən BBC Culture film tənqidçisi Nicholas Barber yazıb ki, Suyun Şəkli "Oscar-a bütün kateqoriyalar üzrə namizəddir" və "ilin ən gözəl kinolarından biridir".

Film dekabrın 8-i ABŞ və Kanadada nümayiş olunacaq.

Fotonun müəllifi Tristar Pictures

Bütün Dünyanın Pulu (All the Money in the World)

Ridley Scott John Pearson-un Son Dərəcə Zəngin: J Paul Getty-nin varislərinin qəribə uğur və uğursuzluqları (Painfully Rich: The Outrageous Fortunes and Misfortunes of the Heirs of J Paul Getty) kitabı əsasında bu sənədli filmi ərsəyə gətirib.

Neft maqnatı bir zamanlar ABŞ-ın ən varlı insanı olub, amma o, daha çox qənaətcilliyi ilə tanınıb.

1970-ci illər mafiya tərəfindən qaçırılan nəvəsi III John Paul Getty onların istədiyi girov pulunu verməkdən imtina edir.

Nəticədə nəvəsinə işgəncə verilir və hətta bir qulağı zədələnir. Dramatik hekayə olduğu qədər Bütün Dünyanın Pulu da asanlıqla başa gəlməyib.

Getty rolunu canlandıran Kevin Spacey-ə qarşı seksual ittihamlar irəli sürüldükdən sonra, Ridley Scott filmin premyerasına bir ay qalmış Christopher Plummer ilə Getty-ə yenidən can verməli olur.

Bəs bu, tələsik çəkiliş filmə təsir göstərəcəkmi? Bütün tənqidçilər və kinosevərlər də elə filmin çıxmasını gözləyirlər.

Film dekabrın 21-i Yunanıstan və İsraildə, dekabrın 22-i Türkiyə və ABŞ-da, dekabrın 27-i Belçika və Fransada ekranlara girəcək.

Fotonun müəllifi Sony Pictures Classics

Xoşbəxt Sonluq (Happy End)

Isabelle Huppert yenə də yaradıb. Karyerasının ən uğurlu iki filmi Elle və Gələcək Şeylərdən (Things to Come) sonra, bu əfsanəvi fransız aktrisası bənzəri rolla yenə qarşımızdadır: ailəsi və ailə biznesini qorumağa çalışan gərgin ana.

Filmin rejissoru, aktrisanın ən uğurlu filmlərindən başqa biri olan Piano Müəlliməsinin (The Piano Teacher) də rejissoru Michael Haneke-dir.

Kann və Toronto Film Festivallarında Xoşbəxt Sonluq müxtəlif cür qarşılansa da, The Telegraph-dan Tim Robey onu "son dərəcə tanış" adlandırıb.

BBC Culture-dan Nicholas Barbar Xoşbəxt Sonluğa beş ulduz verib və əlavə edib ki, "75 yaşlı Haneke, gərginliyi özündən iki dəfə kiçik qorxulu filmlər yaradan həmkarlarından daha yaxşı çatdıra bilir."

Film, Britaniya və İrlandiyada dekabrln 1-i, ABŞ-da dekabrın 22-i və Norveçdə dekabrın 25-i ekranlara çıxacaq.

Fotonun müəllifi Paramount

Kiçilmə (Downsizing)

Sosial normalar, uydurmalar və ikiüzlülüklərdən daha çox mülayim və başgicəlləndirici bir şey istəyirsinizsə, Alexander Payne deyirəm.

Seçki (The Election) filmin rejissoru daha bir sosial məzmunlu mövzu ilə qarşınızdadır.

Bu elmi-fantastik filmdə insanlar, insan artımının qarşısını almaq və az pul xərcləmək naminə boylarının təxminən 10 santimetrə qədər qısaldılmasını istəyirlər.

Matt Damon və Kristen Wiig-in canlandırdığı bir evli cütlük bunu etmək qərarına gəlir. Damo-un obrazı sonadək razılaşsa da, Wiig-in obrazı son anda fikrini dəyişir. Bu isə evlilik həyatını son dərəcə çətinləşdirir.

Film, dekabrın 21-i Portuqaliya, 22-i İspaniya və ABŞ və 26-i Avstraliya və Yeni Zelandiyada nümayiş olunacaq.

Fotonun müəllifi Participant Media

İnsan Axını (Human Flow)

Ai Weiwei-in sənədli film istehsalı onun vizual yaradıcılığı, çıxışları və dizayn işi ilə müqayisədə bəzən gözdən itir.

Son 15 ildə o, Pekindəki sürətli dəyişikliklər, Fukuşima nüvə zavodu faciəsi və Çin hökuməti ilə mübarizəsinə dair filmlər hazırlayıb.

İnsan Axını beynəlxalq qaçqın böhranından bəhs edir, lakin Ai dünyanın 65 milyonluq qaçqın əhalisinin mübarizə və travmasını özünün estetik narahatlığı ilə əlaqələndirir, Indiewire-dən David Ehrlich-in qeyd etdiyi kimi: "Bu kütləvi miqrasiyanın epik portretidir və o, şəfqət hissi çatışmazlığının təxəyyülün olmamasından qaynaqlandığını nümayiş etdirir".

The New York Times qəzetindən Manohla Daargis əlavə edir, "Cənab Ai-nin axtardığı şey ana xəbərdən daha dərinə gedir; o, böhranın nə dərəcədə dərin olduğu hissini yaratmaq istəyir".

Film dekabrın 1-də İsveçdə və 14 dekabrda Niderlandda ekranlara çıxır.

Fotonun müəllifi Lucasfilm

Ulduz Müharibələri: Sonuncu Jedi (Star Wars: The Last Jedi)

Luke Skywalker 2015-ci ilin Ulduz Müharibələri: Güc Oyanır filminin (The Force Awakens) sonunda ona Rey-in təklif etdiyi lazer qılıncını qəbul edəcək, yoxsa onu dənizə ataraq toxuculuqla məşğul olmağa başlayacaq? Heç kim bilir!

Bir neçə treylerə baxaraq demək olar ki, Sonuncu Jedi daha qaranlıq və dolaşıq olacaq.

Qorxunc tərki-dünyaya çevrilmiş Luke, indi doğrudanmı caniyə çevriləcək? Rey öz qüvvələrini qatil Kylo Ren-lə birləşdirəcəkmi? Vaxtı çatanda hər şey aydın olacaq.

Sonuncu Jedi filmini çəkən studiyalar, Disney və Lucasfilm görünür onu çox bəyəniblər ki, filmin rejissoru Rian Johnson-a yeni Ulduz Müharibələri triologiyasını çəkməyi tapşırıblar.

Sonuncu Jedi həm də keçən ilin dekabr ayında vəfat etmiş Carrie Fisher-in çəkildiyi son filmdir.

Film 13 dekabrda Tayvan və Kolumbiyada, 14 dekabrda Rusiya, Britaniya və Sinqapurda, 15 dekabrda isə ABŞ, Pakistan və Vyetnamda nümayiş etdirililəcək.

Fotonun müəllifi B-Plan

Ferdinand

Munro Leaf-in 1936-cı ildə yazdığı və matadorda çıxış etməkdənsə, gül iyləməyi üstün tutan buğa Ferdinandın Hekayəsi (The Story of Ferdinand) çox sadə, eyni zamanda dərin mənalıdır.

Kitabdan fərqli olaraq yeni çəkilmiş animasiya filmi əlvan rənglərin və hoqqabazlığın üsyanıdır.

Filmdəki sülhpərvər buğanı, güləşçidən aktyora çevrilmiş John Cena səsləndirir. Filmi səsləndirənlər arasında Kate McKinnon, Bobby Cannavale və David Tennant da var.

Film 14 dekabrda Avstraliya və Malaziya, 15 dekabrda ABŞ, 16 dekabrda isə Britaniyada nümayiş etdiriləcək.

Fotonun müəllifi Bleecker Street Media

Miladı ixtira etmiş insan (The Man Who Invented Christmas)

Charles Dickens-in 1843-cü ildə qələmə aldığı Milad nəğməsi (A Christmas Carol) yəqin ki, ən çox sevilən Milad hekayəsidir.

Bu hekayənin əsasında indiyədək çoxlu sayda filmlər, televiziya tamaşaları və animasiyalar çəkilib. Bəs bu hekayə necə ərsəyə gəlib?

Les Standiford-un eyni adlı romanını uyğunlaşdırmış rejissor Bharat Nalluri iddia edir ki, Dickens (Dan Stevens canlandırır), atasına görə Scrooge obrazını yaradıb.

Film dekabrın 1-də Britaniyada, 14 dekabr Portuqaliyada və 21 dekabrda İtaliyada nümayiş etdirilir.

Yazının orijinalını BBC Culture saytından oxuya bilərsiniz.

Bütün Dərgi yazılarını buradan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş