Niyə vitamin həbləri təsir göstərmir və sizin üçün pis nəticəyə səbəb olar bilər?

Linus Pauling üçün hər şey, səhər yeməyi rutinini dəyişdikdən sonra pisləşdi. 1964-cü ildə 65 yaşı olarkən o, hər səhər içdiyi portağal şirəsinə C vitamini əlavə etməyə başlayır.

Bu sanki Coca Cola-ya şəkər əlavə etmək demək idi və o bunun yaxşı şey olduğuna bütün qəlbi ilə inanırdı.

Bundan öncə səhər yeməkləri adi qaydada gedirdi. Həftə sonları da daxil olmaqla, hər gün Kaliforniya Texnologiya İnstitutuna gedirdi. O yorulmaq bilməzdi və işi də məhsuldar idi.

Misal üçün 30 yaşında olarkən, kimya və kvant mexanikasına əsasında o, atomların molekullarla birləşdiyini göstərən üçüncü fundamental yol təklif edir.

İyirmi il sonra, 1953-cü ildə, onun proteinlər üzərində işi Francis Crick və James Weston-a DNA-in quruluşunu açmaqda kömək olur.

Növbəti il Pauling, molekulların bir-birinə necə bağlı qalması üzrə işlərinə görə Kimya üzrə Nobel Mükafatı alır.

London Kollec Universitetinin biokimyaçısı Nick Lane 2001-ci ildə Oksigen adlı kitabında qeyd edirdi: "Pauling... 20-ci əsr elminin dahisidir. Onun işi müasir kimyanın əsasını qoyub."

Fotonun müəllifi Getty Images
Image caption Dövrümüzün ən böyük alimlərindən biri Linus Pauling antioksidləşdiricilərin bizi təhlükəyə atdığına inanırdı.

Sonra isə vitamin C-li günlər başladı. 1970-ci ildə ən çox satılan Necə Uzunömürlü Olaq və Özümüzü Yaxşı Hiss Edək (How To Live Longer and Feel Better) adlı kitabında Pauling, qida əlavələrinin ümumi soyuqdəymə üçün çarə olduğunu iddia edir.

O, gündəlik dozadan 50 dəfə artıq - 18 min milliqram (18 qram) əlavədən istifadə edirdi.

Kitabın ikinci nüsxəsində o, qripi də asanlıqla müalicə olunan kimi təqdim edir. 1980-ci illərdə Amerikada insanın immunçatışmazlığı virusu (İİV) geniş yayılır və Pauling, bildirir ki, vitamin C bunu da müalicə etmək gücündədir.

1992-ci ildə onun fikirləri, Time Jurnalının üz qabığında "Vitaminlərin Əsl Gücü" (The Real Power of Vitamins) başlığı altında dərc olunur. Onlar ürək-damar xəstəlikləri, kataraktalar və hətta xərçəngə qarşı müalicədə önə çəkilir.

"Vitaminlər o qədər təhrikedicidirlər ki, normal yaşlanmanın da qarşısını ala bilərlər," məqalədə deyilirdi.

Pauling-in məşhurluğu kimi, multivitamin və başqa pəhriz əhəmiyyətli qida əlavələrinin satışı artmağa başlayır.

Lakin onun akademik nüfuzu aşağı düşür. İllər ərzində vitamin C və başqa qida əlavələri elmi araşdırmalardan çox az dəstək görür. Pauling-in portağal şirəsinə qatdığı hər qaşıq əlavə, bədəninə köməkdən çox, ziyan edir. Onun ideyaları, nəinki yanlış, hətta təhlükəli hesab olunur.

Fotonun müəllifi Getty Images
Image caption Antioksidləşdiricilər yaşlanmanın qarşısını almaq üçün nəzərdə tutulsa da, əlavələrin bu baxımdan gözəçarpan xeyir gətirdiyini sübut etmək çətindir

Pauling vitamin C-nin antioksidləşdirici olmasını, özündə vitamin E, beta-karotin və fol turşusunu birləşdirməsi ilə əsaslandırırdı.

Onun, azad radikallar adlı yüksək reaktivlikli molekulları neytrallaşdıraraq, bədənə xeyir verəcəyi düşünülürdü.

1954-cü ildə New York-da yerləşən Rochester Universitetindən Rebeca Gerschman ilk dəfə bu molekulların mümkün təhlükə olduğunu aşkar edir. İdeyalar 1956-cı ildə Berkeley Universitetinin Tibbi Fizika üzrə Donner Laboratoriyasının işçisi Denham Harman-a çatır və o, iddia edir ki, azad radikallar hüceyrələrin pisləşməsi, xəstəliklər və yaşlanmaya səbəb olur.

20-ci əsr boyu alimlər bu fikirlər üzərində çalışır və çox keçmədən ideyalar geniş qəbul olunur.

Prosesi izah edək. Hər şey mitoxondri adlı hüceyrəmizdəki xırda yanma mühərriklərindən başlayır. Onların daxili membranlarının içində qida və oksigen, su, karbon dioksid və enerjiyə çevrilir. Bu, həyatımızı hərəkətə gətirən mexanizmdir.

"Sızan su dəyirmanları"

Lakin bu elə də sadə deyil. Qida və oksigendən əlavə, bədənin neqativ yüklü hissəciklər olan elektronların axınına da ehtiyacı var.

Aşağı doğru axan su, su dəyirmanını işə saldığı kimi, bu axın da, hər biri mitoxondrinin daxili membranında yetişən dörd proteini qoruyur və son məhsulun yaranmasını sürətləndirir. Son məhsul isə enerjidir.

Reaksiya, etdiyimiz hər bir şeyə təkan versə də, proses qüsurludur. Hüceyrə su dəyirmanının üçündən elektronlar sızır və onlar yaxınlıqdakı oksigen molekulları ilə reaksiyaya girə bilər. Nəticədə azad radikal, yəni azad elektronlu radikal reaktiv molekul yaranır.

Stabilliyi bərpa etmək üçün azad radikallar ətraflarındakı quruluşu alt-üst edir, öz balanslarını təmin etmək üçün DNA və protein kimi vacib molekullardan elektronları parçalayırlar. Ölçüsünə görə kiçik proses olsa da, Harman və digərlərinin də təxmin etdiyi kimi, yavaş-yavaş bütün bədənə yayıla bilər və yaşlanma və ya xərçəng kimi yaşla əlaqədar xəstəliklərə səbəb ola bilər.

Xülasə, oksigen həyatın nəfəsi olduğu kimi, eyni zamanda bizi yaşlandıra, qocalda və hətta öldürə bilər.

Fotonun müəllifi Alamy
Image caption Kliniki araşdırmalar həblərin təsirini aydınlaşdıran yeganə yoldur - və antioksidləşdiricilər üzrə tədqiqatlar çox təəccüblü nəticələr verib.

Azad radikalların yaşlanma və xəstəliklərə səbəb olması sübut olunandan az sonra, onlar bədənimizdən çıxarılması gərəkən düşmənlər kimi görülməyə başlandı.

Məsələn, 1972-ci ildə Harman yazırdı: "Bədənimizdən [azad radikalları] azaltmaqla bioloji deqradasiyanın azalda və səmərəli və sağlam həyat tərzini artıra bilərik. Ümid edirik ki, [bu nəzəriyyə] insanların sağlam həyat tərzini artırmağa doğru yönəlmiş yaxşı nəticəli təcrübələrə yol açacaq."

O, antioksidləşdiricilər - azad radikallardan elektron qəbul edərək təhlükəni zərərləşdirən molekullardan danışırdı. Və onun ümid bəslədiyi təcrübələr, qarşıdakı bir neçə onillik ərzində tətbiq olundu, inkişaf etdirildi və yeniləri yaradıldı. Lakin, çox az nəticə verdi.

1970-lərdən 80-lərədək çoxlu siçan - və ya laboratoriya heyvanları - üçün müxtəlif antioksidləşdirici əlavələr, ya pəhrizlərinə qatıldı, ya da inyeksiya ilə birbaşa qanlarına yeridildi. Bəziləri genetik olaraq dəyişdirildilər ki, genetik kodları müəyyən antioksidləşdiricilər, dəyişdirilməyən laboratoriya siçanlarındakılardan daha aktiv olsun.

Üsullar müxtəlif olsa da, nəticələr demək olar ki eyni idi: antioksidləşdirici artıqlığı nə yaşlanmanın qarşısını alır, nə də gələn xəstəliyi əngəlləyirdi.

"Onlar nə həyatı uzatmağı, nə də onu yaxşılaşdırmağı sübut edə bilmədilər," Madriddə yerləşən İspaniya Milli Ürək-Damar Araşdırma Mərkəzinin işçisi Antonio Enriquez deyir. "Siçanlara [qida əlavələri] bir o qədər təsir etmir."

Fotonun müəllifi Alamy
Image caption Bizi xəstəliklərdən qoruya bilmədiyi kimi, bir tədqiqat nəticəsində bəlli olub ki, vitaminlər siqaret çəkənlər üçün ciyər xərçəngi riskini artırır

Bəs insanlar necə? Kiçik məməlilələrdən fərqli olaraq, alimlər cəmiyyət üzvlərini laboratoriyalara aparıb həyatı boyu onların sağlığını gözdən keçirə bilmirlər. Lakin, bu, uzunmüddətli klinik araşdırmalar apara bilməyi əngəlləmir.

Bunu etmək çox sadədir. İlk öncə, eyni yaş qrupuna, yerinə və həyat tərzinə mənsub bir qrup adam tapın. Sonra, onları iki qrupa ayırın.

Bir hissəsinə sınamaq istədiyiniz qida əlavəsini verin, digərinə isə adi şəkər tozu həbi və ya plasebo verin. Ən son və vacib məqam isə, qarışıqlıq yaratmamaq üçün heç birinə sınaq bitməmişdən qabaq, hansı həbləri verdiyinizi söyləməməkdir.

İkiqat kor nəzarət adlanan bu sınaq, əcza araşdırmalarının qızıl standartıdır. 1970-ci illərdən üzübəri, antioksidləşdirici qida əlavələrinin sağlamlığımıza necə təsir etdiyi yoxlamaq üçün bənzəri sınaqlar çox keçirilib. Nəticələr isə bir o qədər ürəkaçan deyil.

1994-cü ildə aparılan bir sınaqda 50 yaşlarında olan 29,133 finlandiyalılar iştirak edir. Onların hamısı siqaret çəkirdi və yalnız bəzilərinə beta-karotin qida əlavəsi verilir. Qrup daxilində ciyər xərçəngi riski 16% artır.

Bənzəri nəticə ABŞ-da post-menopoz qadınlar arasında da aparılır. 10 il ərzində hər gün fol turşusu (vitamin B çeşidi) qəbul edən qadınların, qida əlavəsi qəbul etməyənlərə nisbətən, döş xərçəngi riski 20% artır.

Bu getdikcə daha da pisləşir. 1000 nəfər ağır siqaret çəkən arasında 1996-cı ildə aparılan bir araşdırma, vaxtından 2 il əvvəl dayandırılır. Dörd il beta-karotin və A vitamini qəbulundan sonra, ciyər xərçəngi 28% artır və bundan 17% insan dünyasını dəyişir.

Bunlar cüzi rəqəmlər deyil. Plasebo ilə müqayisə etsək, hər iki qida əlavəsini qəbul edən daha 20 nəfər dünyasını dəyişirdi. Sınağın davam etdiyi dörd il boyu, bu 80 ölüm deməkdir. Müəlliflər qeyd edirdilər: "Hazırkı nəticələr əsas verir ki, beta-karotin və beta-karotin ilə A vitamini kombinasiyasını əlavə kimi istifadə etməyi dayandıraq."

Ölümcül fikirlər

Əlbəttə ki, sadalanan tədqiqatlar, bütün mənzərəni təqdim etmir. Bəzi araşdırmalar, antioksidləşdiricilərin faydasını göstərib. Xüsusilə də, tədqiqatın tətbiq olunduğu insanların sağlam həyat tərzi yoxdursa.

Lakin, 2012-ci ildə verilən bir açıqlamaya əsasən, müxtəlif antioksidləşdiricilərin təsiri ölçmək üçün tətbiq olunan 27 araşdırmanın nəticəsi ürəkaçan olmayıb.

Yalnız yeddi tədqiqat, koronar ürək xəstəlikləri və mədəaltı vəzi xərçəngi də daxil olmaqla sağlamlıq üçün faydalı nəticələr verib. On araşdırma isə heç bir fayda görməyib - sanki bütün iştirakçılara şəkər tozu həbləri verilib (halbuki belə deyildi). Qalan on tədqiqat isə, xəstələrin çoxunun gözəçarpan dərəcədə pisləşdiyini, ciyər və döş xərçəngi də daxil olmaqla, xəstəliklərin ağırlaşmasını göstərib.

"Antioksidləşdiricilərin [qida əlavələrinin] sehrli çarə olduğu tamamilə yanlışdır," Enriquez deyir. Linus Pauling çox güman ki, ideyalarının ölümcül olduğundan xəbərsiz idi. O, 1994-cü ildə geniş miqyaslı klinik sınaqların nəticəsi açıqlanmamışdan öncə prostat xərçəngindən vəfat etdi. Vitamin C-in çarə olduğunu son nəfəsinədək iddia etsə, bu öz əksini tapmadı. Bəs bu, riski artırdımı?

Fotonun müəllifi Alamy
Image caption Vitamin C dozasını artırmaq soyuqdəyməyə kömək etmir

Bundan əmin deyilik. Lakin, antioksidləşdiricilərin xərçəngə səbəb olduğu çoxsaylı tədqiqatların nəticələrini nəzərə alsaq, sualın bir o qədər yanlış olmadığını göstərir. 2007-ci ildə ABŞ Milli Xərçəng İnstitutunun nəşr etdiyi bir araşdırma, multvitaminlər qəbul edən kişilərin onu qəbul etməyən kişilərdən iki dəfə çox prostat xərçəngindən ölmə riskinin olduğunu göstərib. Və 2011-ci ildə baş tutan araşdırma 35,533 sağlam kişi üzərində aparılıb və onlara vitamin E və selenium əlavəsi verilib. Nəticədə prostat xərçəngi 17% artıb.

Harman-ın azad radikallar və yaşlanma illə bağlı böyük nəzəriyyəsindən sonra, antioksləşdiricilər ilə oksidləşdiricilər arasındakı ayırım daha da pisləşib. Nəzəriyyə də yaşlanıb.

Antioksidləşdirici sadəcə addır, müəyyən anlayış deyil. Götürək Pauling-in sevimli əlavəsi vitamin C-ni. Düzgün ölçüdə o, yüksək yüklənmiş azad radikalları onların azad elektronlarını alaraq neytrallaşdırır. Bu zaman vitamin, ətrafındakı hüceyrələri qorumaq üçün özünü qurban verən molekul kimi çıxış edir.

Lakin elektronu qəbul etməklə vitamin C azad radikala çevrilir və hüceyrə membranları, protein və DNA-i zədələmək gücünə malik olur. Qida kimyaçısı William Porter-in 1993-cü ildə yazdığı kimi," [vitamin C] həqiqətən də ikibaşlı Yanusdur, Dr. Jekyll və Cənab Hyde kimi antioksidləşdiricilərin oksimoronodur."

Yaxşı ki, normal vəziyyətdə vitamin C fermenti reduktaz, vitamin C-in antioksidləşdirici təbiətini geri qaytara bilir. Bəs çox vitamin C, əlavə ilə baş-başa verə bilmirsə? Baxmayaraq, çətin biokimyanı bu cür sadələşdirmək də problemlidir, sadalanan klinik sınaqlar bəzi mümkün nəticələr də təqdim edir.

Bölmək və fəth etmək

Antioksidantların qaranlıq tərəfi də mövcuddur. Azad radikalların həyatımız üçün vacib olduğunun sübutları artdığı halda belə, onların yaxşı tərəfi həmişə kömək etmir.

Bilirik ki, azad radikallar, hüceyrənin bir tərəfindən digər tərəfinə siqnal göndərdiyi üçün tez-tez molekul elçisi kimi tanınır. Onlar bu rolda, hüceyrələr böyüyərkən, ikiyə bölünərkən və ölərkən çıxış edirlər. Hüceyrənin həyatının bütün hissəsində azad radikalların rolu mühümdür.

Onlar olmadan hüceyrələr, nəzarətsiz böyüyüb parçalanardılar. Bunun adı isə xərçəngdir.

Biz həmçinin kənar infeksiyalara qarşı da həssas olardıq. Bakteriya və virusların stressi altında azad radikallar təbii olaraq artır və immun sistemimizin sakit carçıları kimi çıxış edir. Cavab olaraq immun müdafiəmizi təşkil edən hüceyrələr - makrofaqlar və limfositlər - parçalanaraq problemi kənarlaşdırırlar. Əgər bu bakteriyadırsa, onlar Pac-Man-in mavi kabusu yediyi kimi hərəkət edirlər.

Bakteriya tələyə salınır, lakin hələ sağdır. Bu halda yenə azad radikallar hərəkətə keçirlər. İmmun hüceyrəsinin içində onların, məşhur olmayan zədələ və öldür funksiyası ilə işə düşür.

Əvvəldən sonacan sağlam immun cavabı azad radikalların orada - içimizdə olmasında asılıdır. Genetiklər Joao Pedro Magalhaes və George Church-ün 2006-cı ildə yazdığı kimi: "Atəşin təhlükəli olduğunu bilindiyi halda, insanlar ondan istifadəyə necə alışıblarsa, belə görünür ki, [azad radikallar] hüceyrələr də, idarə et və istifadə et mexanizminə malikdirlər."

Başqa sözlə, özümüzü azad radikallardan təmizləmək yaxşı fikir deyil. "Bədəninizi bəzi infeksiyalara qarşı köməksiz qoyacaqsınız," Enriquez deyir.

Fotonun müəllifi Getty Images
Image caption Yaxşı sağlamlıq üçün balanslaşdırılmış pəhrizin vacibliyini az adam vurğulasa da, əksəriyyətimizin qida ehtiyaclarımızı qarşılamaq üçün əlavələrə ehtiyacı yoxdur

Xoşbəxtlikdən, daxili biokimyamızı stabil saxlamaq üçün bədənimizdə mümkün sistemlər mövcuddur. Qan dövranında artıq qalan antioksidləşdiricilər isə vücudumuzdan, sidik vasitəsilə ifraz olunur. "Onlar ayaqyoluna gedir," Mexikoda yerləşən Milli Politexnik İnstitutunun üzvü Cleva Villanueva e-mailində yazıb.

"Bədənimiz, [qida əlavələrinin] təsiri balanslaşdırmaqda çox güclüdür ki, bunun üçün minnətdar olmalıyıq," Lane söyləyir. Vücudumuz, ilk mikrobların bu zəhərli qazla nəfəs aldığı ilk andan etibarən, oksigen riskini tarazlamağa qadir olub. Biz milyardlarla illərin təkamülünü, adicə həblə dəyişə bilmərik."

Heç kim vitamin C-in sağlam həyat tərzi üçün vacib olduğunu inkar edə bilməz, lakin əgər həkim məsləhəti ilə qəbul etmirsinizsə, bu sizə daha uzun və ya sağlam həyat vədi vermir. "Antioksidləşdiricilərin qəbulu, bədəndə hansısa antioksidləşdirici çatışmazlığı müəyyənləşdikdən sonra başlanmalıdır," Villanueva deyir. "Ən yaxşı yol bunu qidadan əldə etməkdir, belə ki, qidada birgə işləyən antioksidləşdiricilər mövcuddur."

"Meyvə və tərəvəzlə zəngin pəhrizlər, ümumi olaraq, bədən üçün çox yaxşıdır," Lane söyləyir. "Hər zaman olmasa da, ümumiyyətlə yaxşı olduğu sübut olunub." O həm də deyir ki, bu növ pəhrizlərin xeyri oksidləşdirməni artıran və rolu hələ müəyyənləşdirilməyən başqa tərkiblərlə birləşərək sağlam tarazlıq yarada bilər.

Azad radikallar və antioksidləşdiricilər arasındakı biokimyaya tədqiqatlarına on illər, milyonlarla maddi vəsait və yüz minlərlə könüllü sərf etdikdən sonra, 21-ci əsr elmi, sinif otağında uşaqlara öyrədilən ilə eyni fikirdədir - gündə beş cür meyvə və tərəvəz ye.