Ağıllı telefonlar və sosial media Xristianlığa necə təsir göstərir?

kilsə

Şəklin mənbəyi, Getty Images

Bir çox xristian inancları göstərmək üçün kilsə yox, tətbiqetmə proqramları və mimlərə üz tutur. Bu isə dünyanın ən böyük dininin gələcəyi ilə bağlı maraq doğuran suallar yaradır.

Rahib Pete Phillips Durham-a ilk dəfə doqquz il əvvəl gələrkən şəhər kafedralından qovulur.

O, kilsədə İncili mobil telefonundan oxuyurmuş. Müqəddəs məkanda telefon istifadəsi qadağan olduğundan ona müraciət edən şəxs inana bilmir ki, Phillips, dua üçün telefonundan istifadə edir.

"Mən bundan bir az incimişdim," Phillips deyir. İndi o, Birləşmiş Krallıqda yerləşən Durham Universitetində yerləşən Elektron Teologiya Araşdırma Mərkəzi Codec-n rəhbəridir. "Amma, bu 2008-ci ildə baş verib."

Gələn il Durham Kafedralının 1000 yaşı olacaq. Artıq telefon ilə bağlı qaydalar də müasirləşib.

"Şəkil çəkməyə icazə verilir, başqa dini səbəbdən istifadəsinə qadağa yoxdur," Phillips deyir. "Münasibət ona görə dəyişib ki, indiki dövrdə insanlardan telefon istifadə etməməyi xahiş etmək, sanki onlardan bir qolunu kəsməyi istəmək deməkdir."

Telefonlara qarşı bu daha rahat davranış, Kilsənin ötən bir neçə il ərzində texnologiya ilə bağlı atdığı yeganə addım deyil.

Tətbiqetmə proqramları və sosial medianın inkişafı, dünyanın milyardlara xristianının ibadət tərzini də dəyişib.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Əksər kilsələrin telefona qarşı münasibəti, əvvəlki illərə nisbətən daha yumşaqdır

Rahib Liam Beadle, Yorkshire-n ən gənc kahinidir. O, bu adı, Huddersfield-dən 8 km cənubda yerləşən və 6000 əhalisi olan Honley kəndindəki Müqəddəs Məryəm Anqlikan Kilsəsinin kahini olaraq qazanıb.

O, kilsəsinin Twitter-dəki hesabını idarə edir. Həmkarlarından biri isə kilsə cəmiyyətinin Facebook səhifəsini idarə edir.

Leeds şəhərinin yepiskopu rahib Nick Baines, bloq açan ilk yepiskoplardan biridir və kilsədə "bloqçu yepiskop" kimi tanınır.

Lakin, Beadle, Kilsənin sosial mediaya münasibəti ilə mətbuat çapı arasında ziddiyyəti göstərir. "O zaman ilə indi arasındakı fərq ondadır ki, dərc olunan mətbuat bizi proaktiv edirdi," o deyir. "Sosial medianın yaranması isə düşünürəm ki, bizi reaktiv edib."

Ağıllı telefonlar və sosial media bu qədər geniş yayıldığına görə, onları görməzdən gəlmək olmur.

Onlar həm də, insanların ibadət şəklini dəyişirlər. Dinlər onlayn texnologiyaları, insanlar üçün ideyalar və ibadətləri daha asanlaşdırmaq məqsədilə mənimsəyirlər, Phillips deyir.

"Amma, texnologiya, dindar insanlar və onların davranışlarını dəyişib."

Bir çox insanlar Xristian kilsələrində əllərində telefon İncil proqramı olan YouVersion-a baxırlar.

Bu proqram, ilk dəfə 2008-ci ildə yaradılıb və o gündən indiyədək dünya üzrə 260 milyon dəfə yüklənilib.

Tövrat və Quran üçün də oxşar proqramlar mövcuddur.

"Xristianların kompüterdə gördükləri ilk iş, İncilin rəqəmsal versiyasını yaratmaq olub," Phillips deyir.

Bu rəqəmsəl İncillər, telefona da yol açdılar.

"Hətta demək olar ki, İncilin mobil telefon versiyası İncil kitabını əvəzləyir."

YouVersion-u idarə edən şirkətə əsasən, insanlar, proqrama 235 milyard dəqiqədən artıq zaman sərf ediblər və İncildəki müxtəlif ayələr 636 milyon dəfə seçilərək işarələnib.

Lakin, İncili bu yolla oxumaq, insanların onun haqqındakı ümumi düşüncələrini dəyişə bilər.

"İncilin kağız versiyası çox böyük və qəlizdir, eyni zamanda, onu vərəqləməlisiniz," Phillips deyir.

"Amma bilirik ki, Vəhy sonuncu kitabdir və Yaranma ilkdir və Zəbur onların arasındadır. Rəqəmsal versiyada bunların heç birini görmürsən, yəni, arada sərhədlər olmur. Vərəqləri çevirməli olmursan, sənə lazım olan yerə birbaşa keçirsən. Buna görə də, əvvəl və ya sonra nə gəldiyini bilmirsən."

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Xristianların kompüterdə gördükləri ilk iş, İncilin rəqəmsal versiyasını yaratmaq olub

Phillips kimi araşadırmaçılar, texnologiyanın insanlarında İncil haqqındakı fikirlərə təsir etdiyini araşdırırlar.

Dini yazıların oxunma qaydası, onların təfsirinə təsir göstərə bilər.

Məsələn, araşdırmalar göstərir ki, ekranda oxunan yazı, kağız kitablarda oxunan yazıdan daha hərfi anlaşıla bilər.

Yazının geniş mövzu və emosional məzmun kimi estetik xüsusiyyətləri də ekran versiyasında yer almır.

Dini yazılarda bu fərq həlledici ola bilər.

"Ekrandakı yazıya baxarkən kitabın verdiyi hissdən uzaqlaşırsan və yalnız informasiyanı axtarmağa köklənirsən," Phillips deyir.

"İncil bu cür oxunmaq üçün yazılmayıb. Belə olduqda, sanki, Wikipedia oxumuş olursan və yazıdakı müqəddəsliyə vara bilmirsən."

Bəziləri düşünür ki, dini yazıların hərfi təfsirinin fundamentalizmə yol açır. Məsələn, əgər Yaranmanın dünyanın altı günə əmələ gəlməsi haqqında olduğunu nəzərə alsaq, elmin yanlış olduğuna inanmaq gərəkdir, Phillips düşünür.

Lakin, bununla belə, Xristian ibadətlərinin fərqli bir qolu inkişaf edir.

Buna təkan verən hadisələrə sosial medianın yayılması və dini fəaliyyətlərin mərkəzləşməsi daxildir.

Bir çoxu üçün artıq kilsəni ziyarət etmək vacib deyil.

ABŞ-da özünü katolik adlandıran beş nəfərdən biri və özünü pravoslav adlandıran dörd nəfərdən biri Pew Tədqiqat Mərkəzinin apardığı sorğuya əsasən, ya nadir hallarda, ya da heç vaxt kilsədə təşkil olunan ayinlərə getmir.

Proqramlar və sosial media hesabları sahibləri İncilin ayələrini Twitter-də yerləşdirməklə, telefon ekranı ilə öz aralarında baş tutan şəxsi dini inanclarını əks etdirmiş olurlar.

Və seçib ayırmaq imkanı, qaydaların olmadığı bir seçim bəxş edir.

Özlərini aktiv xristian hesab edənlərin bir çoxu Allaha, İsaya və ya İncildə yazılan hadisələrə inanmırlar.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

1000 illik tarixi bouyunca Durham Kafedralı bir çox şeyə şahid olub - ağıllı telefon və sosial media isə ən son yeniliklərdir

"Xristianlığın rəqəmsal era ilə birlikdə yeni mutasiyaya uğramış forması yaranmağa başlayır," Phillips deyir.

"Yəni sekulyar dünyanın əksər qaydalarına əməl edən insanlar."

Mənəvi terapevtik deizm adı ilə bilinən bu formaya inananlar, İncilin daha çox xeyriyyəçi və mənəvi tərəfinə köklənirlər.

Onlar Kainatın hər şeyi görən və güclü lider tərəfindən yaradılmasına deyil, dinin prinsiplərinə daha çox önəm verirlər.

Dinin bu yeni forması, sosioloqlar tərəfindən ilk dəfə 2005-ci ildə qeyd olunub və görünür ki, daha çox internet və sosial media vasitəsilə yayılır.

"İnsanlar daha şəxsi dini təcrübələr axtarışındadırlar," Texas A&M Universitetində din və rəqəmsal mədəniyyət üzrə təhsil alan Heidi Campbell deyir.

"Yeniyetmələr Allahın müdaxiləçi kimi yox, daha ümumi şəklini görmək istəyirlər və İsadan daha çox Allaha üstünlüyü verirlər. Çünki, İsa qeyri-adi deyil," Phillips deyir.

"Allah, gənclərə dəstək olur və hər şeyə qarışan İsadan fərqli olaraq, istədiklərini etmək imkanı verir."

Sosial mediada ayələri paylaşmaq, dindarlara özləri oxuyacaqları ayəni seçmək şansı yaranır.

Yəni, hər bazar günü rahibin seçdiyi ayəni oxumaq məcburiyyəti aradan qalxır.

İncil ayələri həmçinin yarışlarda da geniş populyarlığa malikdir. Belə ki, tamaşaçılar tərəfindən oxunaraq yayılmasına imkan yaranır.

YouVersion proqramı vasitəsilə sosial mediada ən çox paylaşılan İncil ayələri, daha çox sekulyar və mənəvi terapevtik deizm ideyalarını daşıyanlardır.

Dini inancları seçib qarışdırmaq yeni bir şey deyil.

Lakin, bu, şəxsi inancı dəbə gətirməkdən daha asandır.

"İnternet və sosial media insanlara bunu daha konkret üsullarla etmək imkanı verir," Campbell deyir. "Bizim daha çox informasiya, fikir müxtəlifliyi əldə etmək şansımız var və dini ritm və yolumuzu daha şəxsi edə bilərik."

Şəklin mənbəyi, quickmeme.com

Şəklin alt yazısı,

Bir çox dini mimlər zarafat kimi başlasa da, insanlar onlardan müzakirələrin təşkili və inanclarının təsdiqi üçün istifadə edirlər

Buraya müqəddəsləri mimləşdirmək də daxildir.

İsa ilə Hekayə Vaxtı (Story Time Jesus) adlı klassik ikonanın üzərinə müasir dillə yazılmış dini ayəli mim, 2012-ci ilə yayılır və indiyədək ən məşhur dini mim kimi qalmaqdadır.

Digər ən geniş yayılanlara, Dovşan Məsih və Respublikaçı İsa daxildir.

Bir çox dini mimlər zarafat kimi başlasa da, insanlar onlardan dinin yayılmasında istifadə edirlər.

"İnsanlar müzakirələrin təşkili və inanclarının təsdiqi üçün mimlərdən istifadə edirlər," Campbell deyir.

"Teoloji həqiqəti mimə çevirmək olmaz, amma, onlardan istifadə edərək insanların diqqətini çəkmək mümkündür."

Twitter-də də bu yol əlverişlidir. Dünyada vəzləri canlı tweet kimi icmasına çatdıran kilsələr çoxdur.

Bu, həm də çaxnaşma yarada bilər.

Bir neçə ilə əvvəl Britaniyada yerləşən bir kafedral, ayinlərində canlı tweet-dən istifadə etməyə başlayır.

"Bunun nə dərəcədə doğru olması ilə bağlı ortada suallar gəzirdi," Beadle deyir.

"Düşünürəm ki, hələ bunun məqbul olub-olmaması aydın deyil. Twitter-də olarkən ayini daha dəqiq icra etmirmiş kimi olursan."

Bundan əlavə, qısa tweet-lərin mürəkkəb və incə anlayışları əks etdirmək üçün münasib yol olmadığı ilə bağlı narahatlılıqlar mövcuddur.

"Hər şeyi təhrif etməlisən ki, 140 hərflik mətn və ya yeddi saniyəlik video ilə fikrini ifadə edə biləsən," Campbell deyir.

"Tendensiya mesajları stereotipləşdirmək və ya sadələşdirməkdir. Söhbət təkcə alətlərdən istifadə etmək yox, onlara qarşı gərəkli hörmət ilə davranmaqdan gedir."

Yəqin ki, buna görə 2008-ci ildə Durham Kafedralı Phillips-ə qarşı ehtiyatla davranıb.

Yalnız Xristianlıq yox, dünyadakı bütün dinlər minbər və vaizlikdən çıxır, Campbel düşünür.

"Rəqəmsal - ikili kommunikasiya deməkdir. İnsanların icmaya qoşulmasına səbəb, onun necə görünməsi və hansı azadlıqlar təklif etməsidir və dini təsisatlar ya bunu qəbul etməlidirlər, ya da istisna olaraq qalmalıdırlar."

Heç nə olmasa belə, yaxşı təşkil olunmuş din yeniliyə qarşı həmişə açıqdır - Xristianlıq təxminən 200 ildir ki, özünü yenidən kəşf edir.

Ağıllı telefonlar və sosial media hazırkı dəyişikliyi hərəkətə keçirən son kəşflərdir.

Bu məqalənin orijinalını ingilis dilində BBC Futuresaytında oxuya bilərsiniz.Dərgidəki digər məqalələri burdan oxuyun.