Kim Jong-ın simalı braziliyalı: belə pasport necə və nə məqsədlə verilib?

Kim Jong-un adına verilən pasport Fotonun müəllifi Reuters
Image caption Kim Jong-un adına verilən pasport

Reuters agentliyi, Braziliya vətəndaşları adına olan saxta pasportların nüsxələrini əldə edib ki, onların üzərində Şimali Koreya lideri Kim Jong-un-ın və atası Kim Jong-il-ə bənzər şəkillər var.

Qərb kəşfiyyatından olan mənbələr agentliyə bildirib ki, Şimali Koreya liderləri bu sənədləri xarici səfərləri üçün istifadə edirdilər.

Buna qədər Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakim ailəsinin başqa şəxslərin adına olan pasportlarla səyahət etdikləri məlum olsa da, bu səyahətlərin detalları məlum olmayıb.


Reuters agentliyinin jurnalistləri Braziliya vətəndaşlarının adına olan və üzərində Şimali Koreya lideri Kim Jong-un-ın və atası Kim Jong-il-in şəkillərinin olduğu, pasportun əsas səhifəsinin nüsxəsinə bənzər sənədlər görüblər.

Onlar bu sənədlərin həqiqiliyini təsdiq edə bilmirlər. Bu nüsxələr indiyədək heç bir yerdə yayılmayıb.

"Onlar açıq-aydın Kim Jong-un -ın və atası Kim Jong-il-in şəkillərinin yapışdırıldığı Braziliya pasportlarını xarici səfirliklərdən viza almaq üçün istifadə edirdilər", agentliyin mənbələrindən biri deyir.

"Bu, hakim ailənin üzvlərinin səyahət etmə istəyindən xəbər verir, həm də bunu göstərir ki, hakim ailə ölkədən qaçmaq üçün ehtiyat yollar hazırlamağa çalışıb", mənbə deyir.

KXDR-in Braziliyadakı səfirliyi bu haqda açıqlama verməkdən imtina edib.

Fotonun müəllifi Reuters
Image caption Şəkildə Cənubi Koreya Olimpiadası vaxtı Kim Jong-un və Trump roluna girən aktyorlar

Braziliyanın Xarici İşlər Nazirliyi Braziliya pasportlarının alınması zamanı fırıldaqçılıq məsələsini araşdırdığını bildirir.

Reuters agentliyinə danışan gizli mənbə deyir ki, pasport nüsxələrinin çap olunduğu blanklar həqiqidir: onlar xarici ölkə vətəndaşlarının sənədlərinin rəsmiləşdirilməsi üçün Braziliyanın xaricdəki konsulluqlarına göndərilir.


Həmçinin oxuyun:

Agentliyin Qərbi Avropadakı dörd mənbəsi Josef Pwag və Ijong Thoi adına olan Braziliya pasportları ilə viza rəsmiləşdirilməsi üçün ən azı iki Qərb ölkəsinə müraciət edildiyini təsdiqləyib.

Bu pasportlarla viza verilib-verilmədiyi məlum deyil.

Bununla yanaşı, saxta Braziliya pasportlar Kim Jong-un-ın və atası Kim Jong-il tərəfindən Braziliya, Yaponiya və Honkonqa səfərlər üçün istifadə olunmuş ola bilər, mənbə deyir.

Yaponiyanın Yomiuri qəzeti 2011-ci ildə Kim Jong-un-ın hələ uşaqlıqda Yaponiyaya səfər etdiyini yazıb. Bu səfər, 1991-ci ildə, yəni saxta Braziliya pasportlarının rəsmiləşdirilməsindən əvvəl baş tutub.

Fotonun müəllifi Reuters
Image caption Cənubi Koreya lideri Kim Jong-il-ə verildiyi güman edilən pasportun fotokopiyası

Hər iki pasportun istifadə müddəti on ildir; pasportlarda Braziliyanın Praqadakı səfirliyinin möhürü və 26 fevral 1996-cı ildə verilməsi öz əksini tapır.

Kim Jong-un-ın şəkli olan pasport 1 fevral 1983-cü il təvəllüdlü Josef Pwag adına verilib.

Şimali Koreya liderinin yaşı haqqında dəqiq məlumat yoxdur; pasportun verildiyi dövrdə onun 12-14 yaşında olduğu ehtimal olunur.

Kim Jong-un-ın məktəbi İsveçrənin paytaxtı Bern şəhərində oxuduğu və özünü səfirlik sürücüsünün oğlu kimi qələmə verdiyi bilinir.

Kim Jong-il-ə bənzər şəkil olan pasport isə 4 aprel 1941-ci il təvəllüdlü Ijong Thoi adına verilib. Kim Jong-un-ın atasının 1941-ci ildə anadan olduğu bilinir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
“55 ildir ki, ailəmin üzünə həsrətəm” - koreyalı Kim Yoon-Jong hekayəti

Bu barədə daha geniş