Kütlələri idarə edən elm

Əllər Fotonun müəllifi Getty Images
Image caption "Kütlə də fərd kimi psixoloji səciyyəvidir"

Kütlələr faciəyə səbəb ola bilər, lakin eyni zamanda onlar məntiqli də davrana bilərlər.

Alimlər insan qruplarının davranışını öyrənməklə gələcəkdə ölümcül hadisələrin qarşısını almağın yollarını axtarırlar.

Bəzən geniş kütlənin bir hissəsi olmaq faciəvi ola bilər. 2017-ci ildə Anqoladakı futbol stadionu, İtaliyadakı meydanların biri və Mərakeş yemək yardım mərkəzi də daxil olmaqla bir neçə ölümcül izdihamlar baş verib.

Bu faciəvi hadisələrin qarşısını bir çox hallarda almaq mümkündür. Britaniyalı alimlər gələcəkdə belə hadisələrin sayını minimuma endirməyin yollarını axtarırlar.

"Əksər insan davranışlarını öncədən müəyyən etmək mümkündür, çünki biz rasional varlıqlarıq", Britaniyadakı Smart Space mühəndis qrupuna rəhbərlik edən Shirkant Sharma deyir.

Kütlə psixologiyası 19-cu əsrdən bəri mövcuddur. Lakin son bir neçə onilliklər ərzində izdahama qarşı "ağılsız kütlə" yanaşması yaranıb.

"Kütlə də fərdlər kimi psixoloji səciyyəvidir", Sussex Universitetində kütlə idarəçiliyinin sosial psixologiyası eksperti John Dury deyir.

1980-ci illərdə psixoloji tapıntılar kütləvi iğtişaşlara, 2000-ci illərdə kütləvi fövqəladə hallara və 2010-cu illərdə musiqi festivalarına və böyük tədbirlərə aid edilib.

İndi isə kütlə psixologiyası daha ixtisaslaşmış hallar üçün istifadə edilir - məsələn, CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) hücumları.

Kütlə şüuru

Əslində psixoloqların və faciəvi hadisələrlə bağlı ixtisaslaşmış mütəxəssislərin tədqiqatları göstərir ki, kollektiv kimlik tez-tez fövqəladə hadisələr zamanı ortaya çıxır.

Bu kimlik çətin vəziyyətlərdə kütlənin necə həmrəy olacağını müəyyənləşdirməyə kömək edir.

2005-ci il Londonda baş vermiş 7/7 partlayışları zamanı sağ qalmış şəxslərlə müsahibə edən Drury və həmkarları aşkar ediblər ki, kütlə üzvləri arasında bir-birinə dəstək halları çox olub: onlar bir-birlərinə təskinlik verib, su bölüşüb və ilkin tibbi yardım göstəriblər.

Kütləni daha yaxşı idarə etmək üçün onu parçalamaq isə (məsələn, dini və ya etnik qruplara) faydasız olardı.

Bu tədqiqatların nəticələri Britaniya səhiyyə təşkilatının (NHS) qaydalarına daxil edilib.

Fotonun müəllifi Getty Images
Image caption Kütlə faciəvi ola bilər - lakin maraqlıdır ki, o, rasional da olur

Bu cür kütlələrin idarə edilməsini anlamaqda əhəmiyyətlidir. Pank və ya metal musiqisi konsertləri zamanı iştirakçıların bir-birlərini itələməsini misal götürmək olar.

Kənardan çox əcaib görünsə də, bu davranışda məntiq var. Bu, pərəstişkarları tapdalanmaqdan qoruyur.

"Kütlə təhlükəsizliyi menecerləri anlayırlar ki, bu cür konsertlərdə itələmələr qaydalarla bağlıdır", Drury deyir.

Lakin təcrübəsiz olan təhlükəsizlik işçisi bu davranışın problem olduğunu düşünərək fiziki müdaxilə edərsə təhlükəli vəziyyətə səbəb ola bilər.

Bu, 1989-cu ildə İngiltərənin Sheffield stadionunda baş verib və 96 nəfərin ölümü ilə nəticələnib.

Bəzi polis və təhlükəsizlik əməkdaşlarının mümkün xuliqanlıqdan narahat olaraq tədbirlər görməsi vəziyyəti daha da pisləşdirib.

Psixoloji nəzərdən kütlə təhlükəsini şişirtməmək də ciddi rol oynayır.

Drury izah edir ki, faciəvi hadisələr nadir hallarda baş versə də, media və ictimai rəy tez-tez təhlükəni şişirdir.

Misal üçün, hadisəni izah edərkən "qəfil evakuasiya" sözündənsə "panika" sözündən istifadə etmək onu daha da dramatikləşdirir.

Problem ondadır ki, əgır insanlar kütlə içində başqalarının panikaya düşəcəyini bilsələr, özləri də panikaya düşəcəklər, hətta təhlükəli vəziyyət olmasa belə.

Əvvəlcədən hazırlanmış plan

Araşdırmalar həmçinin xüsusi tədbirlər zamanı kütlənin təhlükəsizliyinin təmin olunmasına da xidmət edir.

Fotonun müəllifi Getty Images
Image caption Psixoloq və faciəvi hadisələr üzrə ixtisaslaşmış mütəxəssislər bildirir ki, fövqəladə hadislər zamanı tez-tez kollektiv kimlik ortaya çıxır

Sharma-nın Smart Space komandası həyata keçirdiyi təcrübələr zamanı aşkar edir ki, hətta sadə addımlar belə - çıxışı mənzillərin blokuna yerləşdirmək - izdihamın qarşısını ala bilər.

İngiltərənin Newcastle şəhərində məktəblilər hər zəng vaxtı dəhlizdə sıxışıb qalırdı. Sharma-nın komandası şagirdlərin müxtəlif istiqamətlərdən hərəkətində problemlər olduğunu müşahidə edir.

Onlar bu qənaətə gəliblər ki, məktəbin dəhlizi genişləndirmək planları həm gərəksiz, həm də bahalı ideyadır.

Image caption Konsertlər zamanı bir-birini itələmə hərəkətləri fanatları tapdalanmaqdan müdafiə edir

Əvəzində, Sharma-nın komandası daha sadə çıxış yolu təklif edib: zəngdən imtina. Dərslər başa çatanda da, bütün şagirdlər eyni vaxtda sinifləri tərk etməməlidirlər.

Nəticədə isə dəhlizdə hərəkət daha rahat olub.

Sharma hesab edir ki, doğru suallar izdihamlı vəziyyətlərin qarşısını ala bilər.

Misal üçün, Hindistanın Mumbay qatar stansiyası izdihamlı olması ilə məşhurdur.

Düzgüm məlumatın yayılması və sərnişinlərin çıxışlardan necə istiqamtləndiyinə diqqət yetirməklə 2017-ci ildə bu şəhərin qatar stansiyasında baş vermiş ölümcül izdihamın qarşısını almaq mümkün olardı.

Kütlənin idarə edilməsi ilə bağlı elmin əldə etdiyi nailiyyətlərə baxmayaraq hələ bir çox yeniliklərə ehtiyac var.

Kent Universitetindən psixoloq Anne Templeton-un araşdırması göstərir ki, bir çox kütlə simulyasiyası alətləri kütlə üzvlərinin bir-biri ilə münasibətini hesablamaqda çətinlik çəkir.

"Fiziki kütlə" (eyni məkanda olan insan qrupu) ilə "psixoloji kütlə" (kütlənin eyni kimliyi bölüşməsi) arasında fərq var.

Misal üçün, Templeton deyir ki, "pxixoloji kütlə üzvlər arasında yaxınlığı saxlamaq üçün yavaş-yavaş hərəkət edir".

Fotonun müəllifi Getty Images
Image caption Hətta məhdud resursların olduğu yerlərdə belə, düzgün suallar soruşmaq izdihamlı vəziyyətin qarşısını ala bilər

Məlumat modelləşdirilməsinin artan inkişafı bu çətin görülən faktorların planlaşdırıla bilmsin üçün imkan yaradır.

"Fiziki kütlə fövqəladə hallar zamanı psixoloji kütləyə çevrilə bilər", Templeton deyir.

Maraqlıdır ki, kütlələr kompleks və mürəkkəb olurlar. Lakin eyni zamanda onları anlamaq üçün metodlar da inkişaf edir.

  • Yazının orijinalını ingilis dilində BBC Future saytında oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Bu barədə daha geniş