Toy krediti: niyə görə rusiyalılar kreditlə evlənir və bu nəyə gətirib çıxarır

Fotonun müəllifi Sergey Savostyanov/TASS

2015-ci ildə Sankt-Peterburqda 50 min rubl məvacibi olan geodeziya üzrə mühəndis Dmitriy Xramov sevdiyi qıza evlənmək təklif edir və onun həyatında yeganə toy olduğuna bu gündə ümid etdiyi ilk toyunu gözəl keçirmək qərarına gəlir.

Xramov (onun xahişilə soyadı dəyişdirilib) toy mərasimi üçün dostlarından 700 min rubl borc götürür. Daha sonra isə borclarını qaytarmaq üçün kredit götürür.

"Çox dəbdəbəli bir toy etmək istəyirdim", - deyə o danışır.

"Bu aslılıqdır. Bu kazinodan da betərdir".

Voznesen prospektində, "Qadın, mən rəqs etmirəm" mahnısına klip çəkilən yerdə, Le Glamour banket zalını icarəyə götürdük.

35 nəfər ziyafət dəvətliləri arasında gəlinin Uzaq Şərqdən olan qohumları da vardı. İki fotoqraf, biri 5 min rubla, ikincisi isə 15 min rubla(birinci daha yaxşı çəkirdi) gəlmişdi.

Ən baha başa gələn isə banketin özü idi: "Slaydlar olmadan, tortdan çıxan atəşfəşanlıq olmadan, köpüklərsiz, havada atəşfəşanlıq olmadan, atlarla Pavlovskdə çıxış qeydiyyatı olmadan necə toy etmək olar".

1

- Orada atlar müxtəlif idi, saatı 15 minə də götürmək olardı, 5 minə də ...

- Siz 15 minə olanı icarəyə götürdünüz?

- Mən axmağam, amma o qədər də yox. Burada başqa nüanslar da var idi, atın bər-bəzəyi. Və atın özünə də xüsusi təkan vermək lazım idi. Qamçı ilə 3 zərbə min rubldur. Lakin mən özüm təkan verirdim. Kinolarda ciddi fəndlər edən atların özləri də layiqli atlar idi.

Yeni evlənənlərin bu cür atlarda gəzməsi üçün onlar Pavlovskiyə xüsusi olaraq gətirilmişdi. Bu təqribən 50 min rubla başa gəlmişdi, Xramovun bir aylıq maaşı qiymətinə.

"Mənim fikrimcə, toy möhtəşəm keçdi", deyə o xatırlayır.

Günlər başlandı. Xramov irəli getmək perspektivi olan, az maaşlı yeni işə keçdi. Xanımı isə uzun cəhdlərdən sonra hamilə qaldı. İnfeksiya xəstəxanasında işlədiyinə görə, dərhal analıq məzuniyyətinə çıxdı.

Məlum oldu ki, ona "boz" sxem üzrə ödəniş edilib, analıq məzuniyyəti ödənişi 7 min rublla məhdudlaşıb.

Körpə dünyaya gəldikdən sonra Xramovun işlədiyi şirkət əsas sifarişçidən məhrum oldu və geodeziya mühəndisi işdən azad edildi. Mənzil kirayəsinə görə, Xramov ayda 25 min, toya görə bankdan götürdüyü kreditə görə ayda 40 min ödəməli idi.

Uşaq bezləri, dərman, ödənişli həkim qəbulları.

"Təqribən 3 ay diz üstə qaldım, oturdum və divara baxdım. Sonra əlimdən gələni etdim.

Əlavə qazanc üçün agır işlərlə məşğul olmağa başladım. Bağ sahələrinə gəldim və kadastr (rəsmi orqanların, yaxud idarələrin siyahısı, reyestri) üçün torpaqların ölçüsünü təklif etdim.

Gecikmə başladığında isə, mən artıq əsəb içindəydim. Beləliklə, 2017-ci ildə cərimələr, həyat yoldaşıma edilən zənglər və MMT (mikromaliyyə təşkilatları) ilə hekayəm başladı", deyə o xatırlayır.

3

Əvvəlcə "böyük, etibarlı" yoldan getdim. İllik 80% olan 70 min rublu bir illiyə götürdüm. Bu vəsaitlə gecikmələri bağladım.

"Əvvəlcə rahatladım. Daha sonra oturdum və düşündüm. Lənət olsun, axı gələn ayda mənə bu qədər vəsait lazım olacaq. Təsəvvür etdim ki, varımdır", - deyə Xramov danışır.

Kreditə aldığım Volkswagen Jetta avtomobilini girov qoymaq qərarına gəldim. Lakin onun pulunu "toy" kreditinin pulu ilə bağlamışdım: "Girov qoydum, amma daha sonra başa düşdüm ki, axi bu da faiz deməkdir. Bu da elə MMT-dir".

Sonra Xramov 5 min rubl kredit götürməklə "kiçik fəndlərə" əl atdı. Mənzil kirayəsi və isti suya görə ödənişi artıq mikrokreditlərlə edirdi. Kredit tarixçəsi pis olmasına baxmayaraq, hər dəfə ona daha çox kredit təklif edirdilər.

"Biz də sadəcə deyirlər ki yoxlayırıq... Mən onlara telefonda deyirəm ki, mənim gəlirim azdır. Onlar isə mənə anketdə 90 min göstərməyi tövsiyyə edirlər. Bunu da özləri guya necəsə yoxlayırlar", deyə Xramov xatırlayır.

Bütün mikrokreditləri o onlayn əldə edib: sayta müraciət edib, təsdiqləmə zəngi və pul kartına köçürülür.

"Bu aslılıqdır. Bu kaziondan da betərdir. Mənim əvvəlcə planlarım vardı ki, mən necə qazanacam və bu pulları ödəyəcəm. Mən sabah ora gedəcəm, qazanacam və bunu o uşaqlara verəcəm. Sonrakı gün isə valideynlərimdən borc alacam və digərlərindən vaxt istəyəcəm. Daha sonra hər şey puç oldu ", - Xramov danışır.

Qazanmaqdan ümidsizliyə qapılan Xramov idman mərclərinə pul qoymağa başladı. Lakin bu yalnız yeni böyük borclara gətirib çıxardı.

7

2018-ci ilin aprelindən sentyabrına qədər o, MMT-na 650 min rubl pul ödəyib.

"Mən ödəniş etməyə çalışırdım, mənəvi yüküm isə azalmırdı. Lakin elə bir an gəlir ki, başa düşürsən ki, sən heç cürə pulu verə bilməyəcəksən".

MMT-dan "gedin və anketi doldurun" tələbi ilə bağlı zənglər kollektorların "Sabah biz sizin bütün həmkarlarınızı və qonşularınızı narahat edəciyik" hədələriylə əvəz edilir.

Tanışlara zəng vururdular. Xramov yeni işə düzəlmişdi (İT menecerliyini öyrənmişdi) və onun yeni müdirinə "gecə saat 2-də 6 dəfə" zəng vurmuşdular.

Xramovun görmədiyi həmkarlarına da zəng vururdular: "Bir qədər əvvəl bizim Moskva filialından zəng etmişdilər: Salam cavan oğlan. Sən borcunu ödəmək istəmirsən? Burda isə mənə zəng vururlar. Dəhlizdə məni görən tanış qızlar "Dmitiry bu gün biz sənin Krasnodardan olan kollektorunla danışmışıq" deyirlər. Elə edə bilərsən ki, heç olmasa onlar gecə zəng etməsinlər?"

8

"İşdə oturursan və kabinetdən çıxmağa qorxursan. Utanıram. Həmin anda hardan olsa pul tapmağa qaçan insanları mən başa düşürəm. Lakin bu mənasızdır. Burda yalnız ağıla bir ideya gəlir - iflas", deyə Xramov danışır.

Bu ideyanı ona anası verib.

"Niyə görəsə, hamı yalnız küncə sıxışan zaman bu fikrə gəlir. Amma bu əvvəldən də mümkün idi. Çoxlarına utanc mane olur. Mənə axmaqlıq mane oldu, hesab edirdim xilas ola bilərəm, borcları bağlaya bilərəm. Amma mənə qalan gərginlik oldu", o xatırlayır.

Xramovun ərizəsində 4 bank və 30 MMT var. Ümumilikdə borcu isə 2 254 651 rubldur.

Məhkəmənin onun müflisləşməsi barədə qərar qəbul edəcəyi iclasın noyabrın sonunda olacağı gözlənilir. Daha kredit götürmək istəmir: "Mən artıq küçələrdəki yazılara baxmaq istəmirəm. "Kredit" sözü məndə münaqişəyə etmək arzusu oyadır".

Petropavlovsk-Kamcatkasında yeni evlənənlərin toyunda (arxiv şəkli) Fotonun müəllifi Yuri Smityuk/TASS
Image caption Petropavlovsk-Kamcatkasında yeni evlənənlərin toyunda (arxiv şəkli)

Biz onunla danışan zaman Xramovun WhatsApp-ına növbəti borc yığan yazır. Onun profilində sovetin silsilə qatili Andrey Çikatilonun şəkli var. O, yazdığı ismarışlarda Xramovun həyat yoldaşının şəkillərini sosial şəbəkələrə yayacağı ilə hədələyir. Xramov MMT kreditləri barədə son ana qədər xanımına heç nə deməyib. Ərinin maliyyə böhranını eşidən kimi o, əşyalarını toplaylb və gedib.

- Biz danışırıq. Mən çalışıram ki uşağı görüm. Bu qaydasına düşəcək.

- Siz indi belə bir toy edərdiniz?

- Yox. Mən indi ümumiyyətlə heç bir şeyi qeyd etməzdim.

- Fiziki müflisləşməyi qeyd edəcəksiniz?

- Yəqin ki pivə içərəm.

"Ağırdır" и "ayıbdır"

Toy krediti istehlak kreditləri arasında ən məhşurudur. Bununla yanaşı hüquqşünaslar onu ən riskli kredit hesab edirlər. "№1 hüquq bürosu"nun başçısı Yuliya Kombarova belə deyir.

Lakin bir qayda olaraq, belə kreditin ayrıca etiketlənməsi yoxdur. Ona görə də, Rusiyada neçə toy banketinin kreditlə ödəndiyini dəqiq hesablamaq mümkün deyil.

Bəzi banklar, məsələn, "Alfa-Bank" və "Sitybank" toy kreditini ayrıca xidmət kimi təklif edir. Sevgililərə borc götürənin nə qədər etibarlı olmasından asılı olaraq 50 min rubldan 3 milyon rubla qədər, illik 12-25%-lə kredit təklif olunur. Bu barədə elanları bankların saytlarında izləmək mümkündür.

2

Toy üçün 3 illik 20%-ə götürülən 300 min rubl üçün daha 100 min rubl ödəmək lazımdır. Lakin bu son deyil. Məsələn, Yakutiya sakini Lenina Nikolayevna Suzdalova "Asiya-Sakit okean" bankından 34%-lə 5 illik 240 min rubl kredit götürüb. 2016-cı ildə gecikmələri nəticəsində borcu 600 min rubla yüksələn xanım barədə məhkəmə müflisləşmək qərarı qəbul edib.

Toya görə kredit götürənlərin hansı hissəsinin borcların öhdəsindən gələ bilmədiklərini dəqiq öyrənmək çətindir. Rusiyanın Arbitraj məhkəməsinin saytında yer alan fiziki şəxslərin müflisləşməsi barədə materiallarda ziyafət üçün götürülən borclara istinadlar var.

BBC-nin rusca xidmətinin Rusiyanın 9 regionunda yerləşən 20 hüquq bürosuna şərh üçün müraciəti zamanı, toy kreditləri də daxil olmaqla başqa problemlər ucbatından müflis olduqlarını qəbul edən müştərilər tapılıb.

Lakin onlar jurnalistlərlə danışmaq istəməyiblər. Müsahibə verməkdən imtina cavablarında əsasən "ağırdır" və "ayıbdır" sözləri yer alıb.

"Kimsə, hətta anonim olsa belə bu cür hekayəni danışmaq istəmir", vəkillər deyirlər.

14

Rusiyada fiziki şəxslərin müflisləşməsi barədə qanun 2015-ci ildə qüvvəyə minib. Borc götürənlər onun haqqında hər dərdə dərman kimi danışırdılar. Lakin fakta əsasən ilk illərdə yalnız ən çox çıxılmaz vəziyyətdə olanlar gəlib. Hüquqşünas Kombarova xatırlayır.

"İnsanları müflisləşmək qərarından çəkindirən səbəblərdən biri qonşuların və həmkarlarının buna münasibətidir. Bura Amerika deyil ki, dəfələrlə iflas edən şəxs prezident olsun. Bizim cəmiyyətin gözündə o, bankdan kredit götürüb və onu geri qaytarmayan fırıldaqçıdır", deyə Kombarovanın həmkarları deyir.

Birləşmiş Kredit Xidmətinin 2018-ci ilə olan məlumatına görə, Rusiyada orta hesabla 100 min insandan 45 nəfəri müflisləşib. İflasdan sonra keçmiş borc götürənin bütün bank kartları əlindən alınır, bütün hesablar bağlanır və maliyyə meneceri lazımi sövdələşmələrlə məşğul olur.

16

Borcu olan şəxsə yalnız içində plitə, soyuducu, çarpayı və geyim(isti geyimlərdən əgər norka kürkü varsa onu da saxlayırlar) olan mənzil saxlanılır. Toyuqlar, donuzlar və qoyunlar olan ferma da saxlanılır, əgər iflas edən şəxs onu satmayacaqsa. Bostan üçün toxumlar, odun və qiyməti təqribən 5 min rubl olan məhsullar. İkona və idman mükafatları da müsadirə edilmir. İş üçün lazım olan alətlər, qiyməti bir milyon rubldan ucuz olan alətlər - əgər qazanc mətni yığımı ilə bağlıdırsa noutbuk, və ya onun sahibi musiqiçidirsə skripka da saxlanılır.

"Onlar mənə qışqırdılar: Tapın! Götürün!"

Rusiya statistikasının məlumatına görə, ölkədə nigahların yarıdan çoxu boşanma ilə nəticələnir. 2017-ci ildə bir milyon nigahdan 611 mini boşanma ilə sona çatıb.

"Əvvəlcə hamı hesab edir ki, toy həyatda bir dəfə olur və bunu böyük bayram kimi qeyd etmək istəyir. Bəy adətən krediti öz üzərinə götürür və onun böyük hissəsini yeni evlənənlər toya gələn qonaqlar tərəfindən bağışlanan pul zərfi vasitəsiylə ödəyəcəklərinə ümid edirlər. Təcrübədə isə bu heç kimə nəsib olmur. Orta hesabla 4 il sonra onla boşanırlar. Və toy krediti ilə bağlı qarışıqlıq başlayır", - deyə Barnaueldəki "Vinoqradov və partnyorları" hüquq şirkətinin başçısı Roman Vinoqradov danışır.

Moskvada yeni evlənənlərin toyunda(arxiv şəkli) Fotonun müəllifi Natalya Vasenkova/TASS
Image caption Moskvada yeni evlənənlərin toyunda(arxiv şəkli)

Altay diyarında 20-25 minlik orta maaşla toy krediti adətən 500 min rubl təşkil edir. Bu pula Barnaulda 3 il bir otaqlı mənzil kirayə etmək və franşiza (azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi) üzrə spirtli içki marketi açmaq olar.

Bu cür krediti adətən 5 illik götürürlər. Lakin cütlüklərin çoxu borc tam ödənilməmişdən əvvəl boşanırlar. Və belə olanda burda 3 ssenari var. Vinoqradov deyir.

Əgər kredit nigah qeydə alınana qədər götürülübsə, bu borc onu götürənin üzərində qalır və bunu o boşanmadan sonra tək ödəyir.

Əgər banket üçün kredit nigah qeydiyyatından sonra götürülbsə o zaman, boşanmadan sonra hər iki nəfər borcu ödəməlidir.

17

Əgər kredit nigaha qədər həyat yoldaşlarından biri tərəfindən götürülübsə, lakin digər həyat yoldaşının puluyla ödənilibsə, o zaman pulu ödəyən həyat yoldaşı krediti qeydiyyatdan keçirən şəxsdən pulu tələb etmək hüququ var.

Lakin bəzən elə də olur ki toy ümumiyyətlə baş tutmur. 2016-cı ildə Oksana Karetskaya (onun xahişilə adı və soyadı dəyişdirilib) Permdə yaşayırdı və iki illik "sevgi ayrılığından" sonra Peterburqa sevgilisnin yanına gəlməyə - toy etməyə hazırlaşırdı.

Toyu kreditlə etmək istəyirdilər.

Elə bu vaxtlarda VTB bankından "sizə bir milyon pul təklif edirik" ismarışı gəlir. Karetskaya danışır.

"Biz bütün krediti toya xərcləməyi planlaşdırmamışdıq. Qalan vəsaiti ipotekaya qoymağı düşünürdük. Nəsə də hədiyyə edərlər deyə fikirləşirdik....", o xatırlayır.

12

Onlar hər ay 25 min rubl ödəməklə 900 min rubl almaq üçün istehlak kreditinə müraciət edirlər. Sənədləri imzalamaq üçün Karetskaya gedir, toyun təşkilini isə gələcək ər öz üzərinə götürür. O, toyu 600 min rublla qiymətləndirir.

"Ümumiyyətlə mən dəbdəbəli toy istəmirdim. Bizim 100 nəfər dəvətlimiz vardı. Qonaq evlərinə baxdıq. Mənim qohumlarım az idi. Lakin onun tərəfdən çoxlu dostları toplanmışdı. O, mənə tez-tez deyirdi, Oksan çatışmır, əlavə etmək lazımdır.

Bax bu banketə görə... Bax bu fotoqraf... Və mən ona kredit pullarını göndərirdim. İnsana etibar edən zaman onu yoxlamırsan. Kredit tarixçəni göstər demək bir az qəribə çıxır. Mən hesab edirdim ki, insana etibar etmək lazımdır. Lakin mənim təcrübəm göstərdi ki hər şeyə lənət olsun!", o xatırlayır.

Toya az qalmış Karetskayanın anası qəfildən onkoloji xəstəliyə yaxalanır. Pul hesabına təcili əməliyyat barədə danışmağa məcbur olurlar. Əməliyyatdan bir gün əvvəl ata ananın qolları arasından ürək çatışmazlığından vəfat edir.

"Lakin mənim ərim 5 dəqiqədən bir mənim beynimi dəng edirdi: Oksan toy necə olacaq? Oksan pul lazımdır. Mən isə sən başa düşürsən ki, məni bu dəqiqə bu maraqlandırmır?"

13

Karetskaya bəyə toyu təxirə salmağı və restorandan behi götürməyi təklif edir. Bu təklifinə o qalmaqallı cavab alır: "Biz yenə gözləməliyik?! Sən istəmirsən. Sənin üçün fərqi yoxdur! Sən toyu necə təxirə salmağı düşünə bilərsən!"

Onun hesabında qalan pullar isə anasının müalicəsinə və ögey atasının dəfn mərəsiminə xərclənir.

Permdəki dəfndən sonra, toya iki həftə qalmış nişanlısının Peterburqdakı kommunal mənzilinə qayıdan Karetskaya çarpayıda tanımadığı qızı görür.

"Mən ona deyirəm ki, axı guya sən də toy istəyirdin.

Qəbzləri göstər zəhmət olmasa. Cavabında isə qalmaqallı sözlər eşitdim: "Sən mənə inanmırsan? Mən sifariş edilmiş banket barədə öyrənmək üçün telefon nömrəsini istədim. O, nömrəni vermədi.

Və belə çıxdı ki, toya hazırlıqlar olsa belə, onun dediyi qiymətə olmayıb. O, pulları ora xərcləməyib. O, qumar oynayıb, içki içib, yüngül narkotiklərdən istifadə edib". Oksana əşyalarını toplayır və gedir.

Petropavlosk qalasında ailə, sevgi və sadiqliyə həsr olunmuş bayram Fotonun müəllifi Interpress/ITAR-TASS
Image caption Petropavlosk qalasında ailə, sevgi və sadiqliyə həsr olunmuş bayram

Permdəki işindən çıxan Karetskaya Peterburqda hələ yenisini tapmamışdı. Bir ay ərzində artıq o, banka 30 min rubl ödəməli idi. İşdən çıxana qədər o, ayda 40 min rubl maaş alırdı. Nişanlısı ilə ayrıldıqdan sonra o, özünə mənzil kirayə tutmalı idi.

Karetskayaya kollektorlar zəng etməyə başladılar. Üstəlik xəstələnən Oksana xəstəxanaya düşür. Dostları onun vəziyyəti barədə keçmiş nişanlısına danışmağa cəhd etsələr də, Oksananın sözlərinə görə, o , "Biz ayrılmışıq, bu onun problemləridir" deyib söhbətdən yayınıb.

- Siz onunla harda tanış olmusunuz?

- Təyyarədə. İndi mənə elə gəlir ki, kişilərlə tanış olan zaman mən dərhal pasport göstərmələrini istəyəcəm.

Onun dediyinə görə, VTB-dən hər 15 dəqiqədən bir zəng edirdilər. Lakin qanuna görə, müştəri cavab verirsə, onlar növbəti 3 gün ərzində onu narahat etməli deyillər.

"Mən onlara deyirəm ki xəstəxanadayam, sistem altındayam, sizə indi pul ödəyə bilmərəm. Onlar isə sizin yerinizə kimsə ödəsin deyirlər. Mən pulu ödəyəcək kimsənin olmadığını deyirəm. Onlar isə mənə mikrokredit götürün deyirlər. Nəyisə satın. Onlar mənə qışqırırdılar - Tapın! Götürün!"

9

Planşetini satan Karetskaya 100 minlik gecikmədən 20 minini ödəyir. Zənglər kəsilir. O, iş tapır, müalicə olunur.

"İşlər az da olsa düzəlməyə doğru gedirdi. Mən çox məsuliyyətli insanam. 7 il bankların müştərisi olmuşam, kredit götürmüşəm, heç vaxt gecikməm olmayıb. Mənim ümumiyyətlə müflisləşmək planım olmayıb. Mən düşünürdüm ki, hər şeyi geri ödəyəcəm".

2017-ci ilin yazında VTB-nin Peterburq bölməsinin əməkdaşları onunla məşğul olmağa başladılar. "Onlar mənim nömrələrini heç harada vermədiyim anama və rəfiqəmə zəng etməyə başladılar. Zərfsiz məktub göndərirdilər ki, istənilən insan mənim borclu olduğumu oxusun və bilsin. Nəticədə VTB-nin Peterburq şöbəsinin rəisi öz mobil telefonundan mənə zəng etdi. Rəis 40 yaşlı qadın idi ", - Oksana xatırlayır.

"Əgər siz ödəniş etməsəniz, sizin iş yerinizə gələcəklər və sizin işdə problemləriniz olacaq. Və ümumiyyətlə sizin ananızın rahatlığı üçün 25 min o qədər də böyük məbləğ deyil. Amma mənim bildiyim qədər sizin ananız artıq yaşlıdır. Bax bu son nöqtə idi. Gözümə heç nə görünmədi və mən sadəcə onu söyməyə başladım", deyə Karetskaya 2017-ci ildə olan söhbəti danışır.

VTB Karetskayanın danışdıqlarına inanmır.

"Biz telefon zənglərini qeydə alırıq və cərimə mərhələsindəki borclularla olan telefon söhbətlərini diqqətlə təhlil edirik. VTB bu hadisə çərçivəsində bütün zəngləri yoxlayıb. Bank heç bir qanun pozuntusu aşkar etməyib. Telefon danışıqları gün ərzində bir dəfə və həftədə iki dəfədən çox olmamaqla aparılıb",- deyə bankdan bildirilib. VTB-nin cavabında şəxsi mobil telefondan edilən zənglərdən söz edilməyib.

18

Dəstəyi yerə qoyan Karetskaya ona daha əvvəl də təklif olunan müflisləşmək barədə hüquqşünasa zəng vurur. Və onlar sənədləri hazırlamağa başlayırlar.

"Düzünü deyim ki, prosedur asan prosedur deyil. Həm mənəvi, həm də psixoloji cəhətdən. Hüquqşünasa hər şeyi danışmaq çox çətin idi. Mənə ümumiyyətlə öz problemlərim barədə danışmaq çətindir. Anam və yaxınlarım heç nə bilmirdilər. Niyə deməliydim ki? Mən axı güclüyəm, özüm öhdəsindən gələrəm, anamdan pul götürəsi deyiləm ki?"

Hazırda Karetskayanın iki işi var. Həftə içi iqtisadçı kimi çalışan xanım, istirahət günləri satıcılıq edir. Ümumilikdə onun banka 1 milyon rubl borcu var. Karetskaya 2019-cu ilin aprelinə kimi müflisləşmək barədə qərarın çıxarılacağına ümid edir.

10

"İndi, əlbəttə ki, hər şeydən özünü məhrum edirsən, bütün pulları hüquqşünaslara ödəyirsən. Lakin bunların hamısı mənim üçün bir udum təmiz hava kimidir. Mən hər ay banka 30 min aparırdım. Bəzən mən bu pulu aparan zaman evdə yeməyə real olaraq ümumiyyətlə heç nə olmurdu. Mənə yeməyi dostlarım alırdı. Mən indi bir şeyi anladım ki, həyatımda heç vaxt bir də kredit götürmərəm".

"Mən yalnız evi olan insana ərə gedəcəm", deyə Karetskaya əlavə edir. Həyatına daxil olan yeni insan ona Peterburqdakı mənzilin kirayəsini ödəməyə kömək edir. Həmin şəxsin Moskvada ipotekası var.

"Qoy əvvəlcə ipotekanı ödəsin",-deyə Karetskya gülür.

"Rusiya - faciəvi bərabərsizlik ölkəsi "

"Cəmiyyətdə kredit götürən və bu krediti onun yerinə başqalarının ödəyəcəyini düşünən məsuliyyətsiz borclu mifi var. Lakin bu barədə araşdırma aparan zaman biz əksini aşkar etdik.

Çox qəribə səslənsə də, insanlar kredit tələsinə onlarda həddən artıq məsuliyyət yarandığına görə düşürlər", - deyə Ali İqtisadi Məktəbin baş elmi əməkdaşı, Müqəddəs Tixonov Pravoslav Humanitar Universitetinin sosioloqlar laboratoriyasının elmi əməkdaşı Qriqoriy Yudin deyir. Bir insana bir şeyin nə dərəcədə lazım olduğunu müəyyən etmək həmişə çətin olur. Onlardan çoxu lazımlı deyil, mövqe üçündür.

Ekspert belə deyir.

Sosioloqlar bunu nümayişkar istehlak adlandırırlar. "Cibə uyğun olmayan toy" məhz bu növə aiddir.

Sankt-Peterburq. Yeni evlənənlər Vasilyev adasının Opoçinin bağçasında açılan Sevgi yolunda şampan içirlər(arxiv şəkli) Fotonun müəllifi Valentina Svistunova/Interpress/ITAR-TASS
Image caption Sankt-Peterburq. Yeni evlənənlər Vasilyev adasının Opoçinin bağçasında açılan Sevgi yolunda şampan içirlər(arxiv şəkli)

Rusiya faciəvi bərabərsizlik ölkəsidir deyən Yudin əlavə edir: "Bu hər gün bahalı istehlak nümunələri ilə qarşılaşdığımız paytaxtla ətraf arasında daha aydın görünür. Bərabərsizliyi heç nə ilə müdaifə etmək olmaz, axi bizdə kast sistemi yoxdur. Ona görə də əlbəttə ki, insanlar nəyə görə deyə soruşmağa başlayırlar".

Kredit bu psixoloji çətin vəziyyətdən çıxış yolu olur. "Sən hiss edəndə ki başqasından heç də pis deyilsən, sən bunu etməlisən, amma edə bilmirsən" deyə ekspert davam edir.

"Ən çətini səhv etdiyini sonradan etiraf etməkdir. Yaxınlarının yanına gedib problemlərin olduğunu deməkdir ".

"Ödəyə bilməyəndə, uşaqlar üz döndərirlər, ana özün həll et"

Müflisləşdiyinin elan edilməsini istəyən insanlar adətən toy üçün kreditdən başlayırlar və ərzaq mağazasına getmək üçün mikrokreditlərdə qutarırılar. "№1 Kredit bürosu"ndan olan hüquqşünaslar belə deyir. Perm sakini Larisa Yefremovanın da başına bu hadisə gəlib.

"Məhkəmə sənədlərində göstərilib ki, onun borcu 1 631 888 rubl təşkil edir. Bu pul carı ehtiyaclara, o cümlədən oğulun toyuna, qısa qadın paltosunun alınmasına xərclənib. Model: trapes, məhsulun növü SDF-040, 1 dərəcəli". Daha sonra dərmanların alınması, qatara biletlər və mənzil kommunal xidmət hesablarının ödənməsi. Bir qədər sonra maliyyəçi menecer birinci dərəcəli trapes-paltonu satışa çıxarıb.

Müflis edənlər arasında təqaüdçülər çoxdur.

"Adətən toy kreditini, "təminatsız tələb" kreditini valideynlər götürür. Adətən bu onların ilk krediti olur. Yaşlarına görə, yeni evlənəblər üçün kredit almaq çətin olur. Bu əsassızlığın üstündədir, ona görə də borcludan belə bir kredit xidmətinə rasional münasibət gözləməyə ehtiyac qalmır", - "Müasir müdafiə" şirkətinin baş direktoru Leonid Faynberq deyir.

15

"Krediti özləri götürürlər və övladlarının kredit tarixçəsini korlamaq istəmirlər. Onlara borc rahat verilir, bilirlər ki, ömürlərinin sonuna kimi məhkəmə icraçılarının köməyilə məbləğin yarısı təqaüd vasitəsilə tutulacaq. Ödəniş edə bilməyəndə isə, uşaqlar üz döndərir və ana özün həll et deyirlər", "Ok-Bankrot-Kurqan" şirkətinin rəhbəri Olqa Merkuryeva onunla razılaşır.

Mari El respublikasında 2016-cı ildə, nəvəsinə toy etməyə kömək edən və nəticədə iki banka və 4 MMT-yə 684 min rubl məbləğində borcu olan 71 yaşlı əlil təqaüdçü Lyudmila Şopina müflisləşib. Həmin regionun sakini, "Kolobok" uşağ bağçasında 18 min rubl məvaciblə musiqi müəlliməsi işləyən Alla Sizonenko oğluna toy etmək üçün kredit götürüb.

Nəticədə 64 min rubl "Trast" bankına, 26 min rubl "QosZaym" müəssisəsinə, 29 min "Xlınov" kredit bürosuna, 393 min rubl "Russkiy standart" bankına, 67 min Sberbanka və 20 min rubl da "Ekpressdenqi" MMT-na borclu qalıb.

Bəyin valideynləri gəlini qarşılayırlar. Çelyabinsk vilayəti (arxiv şəkli) Fotonun müəllifi Valery Bushukhin/ITAR-TASS
Image caption Bəyin valideynləri gəlini qarşılayırlar. Çelyabinsk vilayəti (arxiv şəkli)

2017-ci ildə Permdə təqaüdçü Qriqoryevlər(soyad dəyişdirilib) iflas ediblər. 2011-ci ildə ər-arvad qızlarının toyu üçün kredit götürüblər.

"Axı o bizim qızımızdır, ona görə də bütün xərcləri öz üzərimizə götürdük. 2012-ci ildə böyük oğlumuzun toyu üçün kredit götürdük. Yeni evlənənlərin kiçik uşağı və mənzilə görə borcları vardı. Buna görə də bayramdır, necə etməyəsən?". Valideynlər ödəyiblər.

2015-ci ildə gəlin vəfat etdi və 3-cü kreditin pulları dəfnə və qəyyumluğun qeydiyyatına xərcləndi. O vaxtdan MMT-dan kreditlər, gecikmələr və kollektorlardan zənglər başladı.

"Ərimlə mən işləyirdik və təqaüd də alırdıq. Lakin bütün bunlara baxmayaraq çətin idi. Uşaqlar bizə ümumiyyətlə kömək etmir, xüsusilə bir yerdə yaşayanlar. Sadəcə etinaszıdırlar. İşləmirlər, onlara görə kommunal xidmətə çox pul xərclənir. Uşaqlar hesab edirlər ki, valideynlər onlara borcludur. Axı biz krediti onlar üçün, onların xoşbəxtliyi üçün götürmüşük", deyə Qalina şikayətlənir.

"Mən bu pulları qamarladım. Mən iztirab içindəydim"

Ali İqtisad Məktəbindən olan Yudin "Vahid öhdəliklərə keçid"i kreditlə mübarizədə mümkün vasitə hesab edir.

"Banklar borc götürənin sosial kapitalının səviyyəsini ölçməyə başlamalıdır. Məsələn, toya kredit verilməzdən əvvəl, bunun onun son iki il ərzində 18-ci nigahı olub-olmadığı yoxlanmalıdır". Sosioloqların fikrincə, bankları bu cür şeylərə qarşı diqqətli olmağa Rusiya Mərkəzi Bankı məcbur edə bilər.

"Eyni şeyi kredit müəssisələri də edə bilərlər. Orada səni tanımadan sənə elə-belə pul verməyəcəklər. Bu sənin tələbini qiymətləndirə biləcək və səndən sənə niyə toy krediti lazımdır deyə soruşacaq bir icmadır. Bu kiçik şəhərlərin bəlası olan MMT deyil", Yudin deyir.

Lakin problem var: İstənilən kollektiv təşkilat rəhbərlik üçün əlverişli deyil. Yudin belə hesab edir: "Onlar nədən qorxurlar, bu əsas məsələdir. Nə istəyirsiz edin, amma bir yerdə heç nə etməyin. Hamını kredit götürməyə məcbur etmək daha asandır. Hər kəs öz iş yerin üzərində əssin və onları manipulyasiya etmək mümkün olsun".

11

Kurqan Yudinin danışdığı kiçik şəhərlərdən biridir. Kurqanda sakitlikdir. Şəhərə girişdəki ilk reklam lövhəsi maşını girov qoymaqla sənə pul vəd edir. Afişalara görə, şəhər fevral ayında müğənni Valeriy Leontyevi də gözləyir.

29 yaşlı yerli sakin Sergey Krutikov (xahişilə soyadı dəyişdirilib) ilk kreditini 2013-cü ilin mayında, toyuna bir ay qalmış götürüb. Düzdür, həmən günü gəlinlə mübahisə etmişdi. "Pul dəstələri"(150 min rubl) ilə işdə necə oturduğunu xatırlayır. "Nə lazımdırsa, hamısını indi alacam. Həyatım alındı". Nişanlısı ilə barışmaq üçün hədiyyələr aldı. 15 min rubla gül dəstəsi, qızıldan bər-bəzəklər.

Kreditə görə, aylıq ödəniş 5 min 700 rubl idi. O zaman Kurtikov yanğın bölməsində, 22-25 min rubl məvaciblə operator işləyirdi.

"Təsvir edildiyi kimi olmasa da" toy baş tutdu. Avqustda onlar 10 günlük Şarm-Əl-Şeyxə getdilər. Uçuşdan əvvəl Krutikov "BıstroDenqi"yə girdi 10 min rubldan az pul götürdü və məzuniyyət vaxtı ödənişi gecikdirdi. Bu krediti bağladı, amma VTB-dən 33 min rublluq kredit kartı götürdü.

4

Daha sonra "Russkiy Standart"dan 60 minlik kredit ortaya çıxdı. Həyat yoldaşı xəstələndi, maşını təmir etdirmək lazım idi, toy kreditinin vaxtı keçirdi və bank 15 illik restrukturizasiya təklif etdi. Xanımı riyaziyyat müəlliməsi idi və "Rostelekom"da çalışırdı. Borcların miqdarını bilən zaman o da daha bir bankdan kredit götürmək istədi. Lakin Krutikovun sözlərinə görə, anası ona icazə vermədi.

"Mən o zaman işdə yaşayırdım. 8 gün işdə olurdum, dostumun da növbəsində işləyirdim. Qazanadığım 20 min rublu banka aparırdım", deyə Krutikov xatırlayır. Qapıçı işləyirdim, pitsa təslim edirdim. Gün ərzində iki saat yatırdım. Gecə çatdırılma maşınında işləyirdim, gündüz isə ticarət mərkəzində yanğın təhlükəsizliyi üzrə gündəlik növbətçi işinə çıxırdım.

2014-cü ildə onun atası vəfat etdi. Krutikov maşını əzdi. Xanımı ilə onlar dalaşdılar, sonra Krutikov onun həyatında başqa kişinin olduğunu öyrəndi. 2014-cü ilin sentyabrında, tanışlıqlarının ildönümündə onlar boşandılar.

Krutikov elə işdəcə içməyə başladı.

"Mən intiharın kandarındaydım". Borcuna görə, o atasının 3 otaqlı mənzilini satdı və pulun böyük hissəsini banklara və MMT-yə apardı. O zaman ödəniş ayda artıq 35 min idi.

6

"Mən bu pulları qamarladım. Mən iztirab içindəydim. Sən axı kişisən, problemini özün həll et. İmkan olduğu qədər mən həmişə ödəyirdim. Daha sonra müqaviləni ləğv etmək istədim, lakin orda sonu tapa bilməzsən. O zaman vəkil mənə dedi: istəyirsən müflisləşmək riskini et".

Krutikov müflisləşmək barədə ərizə yazdı. Kredit hesabına baş tutan toydan 4 il keçdi. Bu müddət ərzində Rusiyanın bütün regionlarından ona borc yığanlar zəng vururdular.

"Onların nə dediyinə qulaq asmamaq da olardı. Çünki elə intonasiyadan bilinirdi ki, əgər sabah pul olmasa onlar gələcək və başından vuracaqlar. Və əlavə edirlər ki, siz bilirsiniz ki şirkətin sahibləri 90-cı illərin adamlarıdır. Onlar bunu necə əldə ediblər və onların hansı vasitələrdən istifadə etdiyini başa düşürsünüz".

Moskvadakı Qriboyedov VVAQ-ında ailə, sevgi və sadiqlik günündə yeni evlənənlərin nigah mərasimi (arxiv şəkli) Fotonun müəllifi Vyacheslav Prokofiev/TASS
Image caption Moskvadakı Qriboyedov VVAQ-ında ailə, sevgi və sadiqlik günündə yeni evlənənlərin nigah mərasimi (arxiv şəkli)

Krutikov müflis etməsinin elan edildiyi günü yaxşı xatırlayır. Mart ayı idi, qar yağırdı və o məhkəməyə bir saata gedıb çatdı.

Məhkəmədə o xəstə görünürdü. Məhkəmə qərarı oxuyan zaman o "ümumiyyətlə nə baş verdiyini anlamırdı".

Maliyyə meneceri onun elektrik çaydanını 1000 rubla, düyməli Alcatel telefonunu 500 rubla və divan-çarpayını 3000 rubla satışa çıxarmışdı. Bunları Krutikovun dostu aldı. 2018-ci ilin iyulundan onun bütün borcları tamamilə silindi.

Kollektorlar artıq zəng vurmurlar. Bunun əvəzində bankdan və MMT-dən marketoloqlar yeni təkliflərlə bağlı zənglər edirlər.

Sonuncu dəfə ona yarım milyon təklif ediblər. Lakin Krutikov vəsaitlə yaşamağa çalışır: "İndi mənim maaşım mənə bəs edir. Daha kredit götürmək istəmirəm. Yalnız mənzil və ya çox bahalı maşın üçün kredit götürə bilərəm. Allah məni bu yola aparmasın".

5

Hazırda Krutikov taekvando üzrə təlimçi-məşqçi işləyir. O, qara kəməri hələ 17 yaşında olarkən alıb. Kurqan vilayətində bu idman məhşurdur. Krutikov maşın alıb, bütün həftəni kəndləri gəzir və axşamlar uşaqlara məşq keçir. Onun komandasında cəmi 60 adam var. Hələ ki, o fərdi sahibkar kimi qeydiyyatdan keçə bilmir. Bir illik məhduddiyyət fiziki müflisləşmənin nəticələrindən biridir. Yeni il tətilini Dyatlov aşırımlarında keçirmək istəyir.

- Hamı qorxur. Nəsə mənim həyatımda adrenalin azalmağa başlayıb.

- Necə, sizə adrenalin kifayət etmir?

- Əslində yaxşıdır, həyatı gördüm. İndi bilirəm ki, həyat yoldaşı necə olmalıdır və ya necə olmamalıdır. Hazırda mənim soyadımı daşıyan kimi olmamalıdır.

Bu onun ikinci nigahı idi. Krutikovun birinci xanımı "ona bütün ölkənin tanıdığı insanla" xəyanət etmişdi. İkinci xanımı isə 6 ay əvvəl "hər şeyi yenidən başlamağı" təklif etsə də, idmançı etiraz edib. Bizim müsahibə ərəfəsində isə o sevgilisi ilə ayrıldı: "İki həftə sonra toy olmalıydı".

Krutikov ona görə kredit götürmədi.

.

Bu barədə daha geniş